“Nissan” 2026-cı ilədək hibrid avtomobillərin qiymətini ucuzlaşdırmağı planlaşdırır

Yaponiyanın “Nissan” konserni 2026-cı ilə qədər hibrid avtomobillərinin qiymətini daxiliyanma mühərrikli avtomobillərin səviyyəsinə endirməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu hədəf kompaniyanın mayın 9-da təqdim etdiyi yeni planda əksini tapıb.
“Nissan” qiymətlərin ucuzlaşmasına istehsalat prosesinin modernizəsi sayəsində nail olmaq niyyətindədir. Xüsusən hibrid və tam elektrik avtomobilləri üçün güc aqreqatlarının birləşdirilərək eyni xətdə istehsal edilməsi planlaşdırılır. Konsern bu yolla 2026-cı ilədək həmin komponentlərin qiymətini 2019-cu illə müqayisədə 30 faiz ucuzlaşdırmağı düşünür.
Aqreqatların təkmilləşdirilməsi, həmçinin avtomobillərin çəkisini yüngülləşdirməyə, idarəetmə keyfiyyətini yaxşılaşdırmağa, hərəkət zamanı səs və vibrasiyanı azaltmağa imkan verəcək. Bundan başqa, istehsalatda nadir metalların istifadəsinin də azaldılması planlaşdırılır.
“Nissan” konserni 2030-cu ilə qədər 27 yeni avtomobil, o cümlədən 19 elektromobil modeli istehsal etməyi qarşısına məqsəd qoyub.
azertac
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












