"Opel Manta" modelinin carçısı olan "Experimental" konsepti debüt edib

Sadə ada malik olan bu proqram konsept avtomobili Opel brendinin dizaynının inkişaf istiqamətini göstərmək üçün nəzərdə tutulub. Lakin onun daha konkret təyinatı var. Qarşımızda duran tarixi Manta adı altında buraxılacaq gələcək seriya modelinin prototipidir. Bu barədə rəsmi məlumat verilməyib, amma iki il əvvəl perspektivli Manta-e modelinin dərc edilmiş eskizini xatırlasaq, bütün şübhələr aradan qalxacaq: bu, həmin layihədir.
Opel Experimental yalnız render formatında mövcuddur. Konsept sentyabrda Münhendə keçiriləcək IAA sərgisində nümayiş etdiriləcək tamölçülü maket formasında hazırlanıb. Bu, ölçülərinə görə müasir C sinifinə aid olan elektrik kross-kupesidir. Lakin Opel hələlik heç bir xüsusiyyətləri və texniki detalları açıqlamayıb. Yalnız onun tamötürməli olacağı bildirilib. Əsas diqqət dizayna yönəldilib.
Konseptin görünüşü üzərində Mark Adamsın rəhbərlik etdiyi Opel dizayn mərkəzi işləyib və bu, Bold and Pure adlı hazırkı üslubun növbəti inkişafıdır. Opel Vizor firma dizaynı parlaq “nişangah” ilə tamamlanır, onun mərkəzində yeni loqotip (işıqlandırılır). Avtopilotun "görmə" orqanları - sensorlar, kameralar və lidar da şüşə panelə inteqrasiya olunub.
Konsept xrom bəzəkdən məhrumdur, onun əvəzinə təzadlı əlavələr və LED elementlər var. Yan arxa görüntü kameraları güzgülərin yerində deyil, arxa dirəklərdə quraşdırılıb. Şüşə dam ön şüşə ilə inteqrasiya olunub, diffuzor, splitter və 23 düymlük təkərlərdəki əlavələr isə karbonplastikdən deyil, daha ekoloji cəhətdən təmiz kətan lifindən hazırlanıb. Arxa tərəfdə emblem əvəzinə brendin adı yazılıb.
Konseptin interyeri hələlik yalnız üçölçülü model şəklində mövcuddur, lakin Opel nümayəndələri sərgiyə qədər onu “canlı” şəkildə hazırlamağı vəd ediblər. Salonda ənənəvi ekranlar yoxdur (yalnız proyeksiya ekranları var), avtopilot rejiminə keçərkən isə, sükan ön panelə girir (sükan valı yoxdur, idarəetmə naqillə həyata keçirilir). Oturacaqların parça üzlüklərinə qabaqcıl işıqlandırma quraşdırılıb.
Göründüyü kimi, eyni format Opel Manta seriya modelində də saxlanılacaqdır. Ancaq o, yalnız 2025-ci ildə debüt etməlidir.
autograph
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












