"Opel" şirkəti "Corsa" modelinin 40 illik yubileyini xüsusi seriya ilə qeyd edir - FOTO

Opel Corsa 1982-ci ildən bəri istehsal olunur və 2022-ci ildə alman brendi onun modelin 40 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu əlamətdar hadisənin şərəfinə Opel şirkəti Corsa modelinin 1982 nüsxəlik məhdud saylı tirajla buraxılacaq 40 Years Limited Edition adlı xüsusi seriyasını hazırlayıb.
Yubiley seriyasından olan hər bir avtomobil orijinal qırmızı Rekord Red rəngə boyanacaq, seriyadakı sıra nömrəsi həkk edilmiş lövhəciyə və retro üslubda dizayn elementlərinə sahib olacaqdır. Məsələn, oturacaqların üzlənməsi üçün, 80-ci illərin əvvəllərində Avropadakı avtomobillərdə tez-tez rast gəlinən damalı parçadan istifadə olunub.

40 Years Limited Edition seriyasından olan Corsa hetçbeki iki rəngli kuzovla təklif olunacaqdır: kuzovun əsas qırmızı rəngi, qara rəngli ön və orta dayaqlar, habelə eyni rəngli dam ilə uyğunlaşdırılıb. Opel loqotipləri, radiator barmaqlığı və spoyler də tündləşdirilib, həmçinin tutqun elementləri olan 17-düymlük qara rəngli təkər diskləri də quraşdırılıb.
Yubiley seriyasından olan hər bir avtomobil, seriyadakı sıra nömrəsini bildiriən, 0001-dən 1982-yə qədər rəqəmin yazılacağı lövhəcik ilə təchiz ediləcəkdir. Əlavə olaraq, oturacaqların üzlənməsinə uyğun gələn damalı corabları da sifariş etmək mümkündür.


Yubiley hetçbeklərinin təchizatına LED fənərlər, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi, habelə təhlükəsizlik sistemləri kompleksi daxildir. Onların arasında, piyadaların tanınması, avtomatik əyləcləmə funksiyası olan öndən toqquşmaların qarşısını alan xəbərdarlıq sistemi də var.
Keçən 40 il ərzində təxminən 14 milyona yaxın Corsa modeli satılıb. Alman istehsalçısı bu modelin Almaniya bazarındakı yığcam avtomobillər arasında bestseller olduğunu bildirib. Eyni zamanda, 2022-ci ilin may ayının nəticələrinə görə, batareyalı Corsa-e hetçbeki Almaniyanın ən populyar elektromobilidir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










