Pagani “uzunquyruqlu” Huayra superkarını hazırlayıb

Avtodünya 18 İyun 2022 13:29 Oxunub 1898
Pagani “uzunquyruqlu” Huayra superkarını hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Pagani şirkətinin Pagani Grandi Complicazioni xüsusi layihələr şöbəsi unikal Huayra Codalunga superkarını hazırlayıb. Bu, Pagani Huayra superkarının 1960-cı illərin Le Man sportprototiplərindən ilham alınaraq yaradılmış “uzunquyruqlu” versiyasıdır.

Pagani Huayra Codalunga kupesi xüsusi layihələrlə məşğul olan Pagani Grandi Complicazioni bölməsi ilə, 2018-ci ildə Horasio Paqanidən onlar üçün Huayra Coupé modelinin uzunquyruqlu versiyasını hazırlamağı xahiş etmiş iki sifarişçi arasındakı əməkdaşlığın bəhrəsidir. Superkarın dizaynını tamamlamaq iki il çəkib. İki maket inşa edilib: biri 1:4 miqyasında, digəri 1:1. İndi isə Codalunga superkarının son versiyası nümayiş etdirilib - və o, ən heyrətamiz Pagani avtomobillərindən birinə bənzəyir.

 

Superkarın dizaynı Leonardo da Vinçinin yaradıcılıq prinsiplərinə və less is more ( nə qədər az olsa, o qədər yaxşıdır) yanaşmasına əsaslanır. İtalyanların ilham mənbəyi kimi, 1960-cı illərdə Le Manda yarışan uzunquyruqlu sportprototiplər çıxış ediblər  - “aviasiya” detallarının və hamar kuzov cizgilərinin bolluğu bununla izah edilir.

Mühərrik bölməsinin qapağının sahəsi 3,7 kvadrat metrdir, o, Huayra Coupé donor modelinin müvafiq detalından 360 millimetr uzundur. Avtomobilin xüsusi olaraq nümayiş etdirilən buraxılış sisteminin çəkisi cəmi 4,4 kiloqramdır.  O, titandan hazırlanıb və keramika ilə örtülüb.

 

Huayra Codalunga dörd aktiv çəpərciyi qoruyub saxlayıb. Superkarın kuzovu neytral mavi rəngə boyanmışdır ki, bu da “görünən” karbon lifinin struktur elementləri ilə təzad təşkil edir. Ön panel, qapılar və oturacaqlar dəri ilə üzlənib, oturacaqların mərkəzi hissəsi isə, zamşa və nubuk zolaqlardan hörülmüş ötrmələrə malikdir. Kokpitin elementləri isə bütöv alüminium çubuqlardan hazırlanıb. Onların hər biri əl ilə cilalanıb.

Huayra Codalunga yeddi pilləli Xtrac seksvental ötürmələr qutusu ilə tanddemdə çalışan 6,0-litrlik V12 biturbo mühərriki (840 at qüvvəsi, 1100 Nm) ilə hərəkətə gəlir. Əyləclər altı və dörd porşenli supportları olan Brembo karbon-keramika mexanizmləridir.

Bütöv APP Tech təkər diskləri yüngül alüminium ərintisi olan avionaldan hazırlanıblar. Belə materialdan, məsələn, Lamborghini Miura Jota modelinin döşəmə panellərini hazırlamaq üçün istifadə ediblər.

autograph.az

Huayra Codalunga modelinin tirajı beş nüsxədən ibarət olacaqdır. Avtomobilin qiyməti yeddi milyon avrodur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh