Polisin gözü qarşısında içib maşın sürdülər

Yaponiyada bir sürücülük məktəbi qeyri-adi sınaq aparıb.
Avtosfer.az xəbər verir ki, onlar sərxoş srücülərə müəyyən yol hərəkəti tapşırıqları icra etməyi təklif ediblər.
Sınaq məktəbin qapalı poliqonunda keçirilib. İlk olaraq uzun müddət təcrübəsi olan sürücülərə ayıq halda sərt döngələri keçmək və düz yolda sürmək təklif edilib. Bütün sürücülər testi uğurla keçib.
Ardınca onlara şərab və çaxır verilib və qanda 0,3 promil spirt yaranıb. Bu dəfə isə heç bir sürücü eyni tapşırığı icra edə bilməyib, ciddi qəza şəraiti yaranıb. Ən ciddi problem sürücülərin lüzumsuz tormozlaması və manevrləri olub.
Sınaqlar ötən il sərxoş sürücünün törətdiyi qəzada 3 körpənin ölümünün ildönümünə həsr edilib. Sosial reklam xarakterli sınaqlarda polisin razılığı ilə 10 sürücü iştirak edib.
Biz də qeyd edək ki, bir çox ölkədə 0,3 promilədək sərxoşluğa icazə verilir. Lakin yapon mütəxəssislərin testi bir daha sübut etdi ki, ən kiçik doza akoqol belə, sürücünün reaksiyasını azaldır, onun yersiz manevrlər etməsinə səbəb olur.
Qeyd edək ki, yaponiyada nəinki sürücü, hətta sərnişinlərin də sərxoş olması qanunla qadağandır. Bu qayda pozuntusuna görə həbs də nəzərdə tutulur.
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












