Qapalı ölkənin rəhbəri lüks avtomobilləri necə əldə edib? - FOTO

Şimali Koreyanın ciddi sanksiyalarla üzləşdiyi hər kəsə məlumdur. Bu ölkəyə Qərb avtomobillərinin satışı da qadağandır. Lakin bununla belə, ölkədən çəkilən azsaylı kadrlarda lüks avtomobillər gözə dəyir. Elə KXDR rəhbəri Kim Çen Inın Rusiyaya səfəri zamanı da. Həmin tədbirə ölkə başçısı zirehli qatarda gəlsə də, səfər boyu gündəlik yerdəyişmələr “Mercedes-Maybach S600 Pullman Guard”la həyata keçirildi. Bəs minimal qiyməti 600 000 dolları ötən bu maşın təcrid olunmuş ölkəyə necə düşüb?
Avtosfer.az xəbər verir ki, The Wall Street Journal məsələyə aydınlıq gətirib. Məlum olub ki, son 10 ildə ölkəyə yüzdən çox lüks avtomobil, o cümlədən 2 ədəd “Mercedes-Maybach S600 Pullman Guard” gətirilib.
Maşınların gətirilmə mexanizmi də sadədir. Avtomobillər Niderlanddan Çinə, oradan Yaponiya və ya Koreyaya göndərilir. Bundan sonra maşın Rusiyaya təkrar ixrac edilir. Xabarovsk limanına gələn avtomobil buradan Air Koryo şirkətinin təyyarəsi ilə Pxenyana çatdırılır.
Kim Çen Inın bahalı “Maybach”ı 2019-cu ildə neytral zonada Cənubi Koreya lideri ilə görüqşdə üzə çıxmışdı.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














