Reallaşmayan arzular: ikinci nəsil "Volkswagen Phaeton" sedanı

Avtodünya 11 İyul 2022 19:55 Oxunub 850
Reallaşmayan arzular:  ikinci nəsil "Volkswagen Phaeton" sedanı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu il Volkswagen markasının cəsarətli, eyni zamanda, zərər gətirən layihələrindən biri 20-illik yubileyini qeyd edir. Bu, 2002-ci ildə debüt etmiş Volkswagen Phaeton nümayəndəlik sedanıdır.

Flaqman sedanını 2016-cı ildə istehsaldan çıxarıblar – “xalq markası” altında buraxılan sedan “qohum” Audi A8 modelindən baha idi, üstəlik, bu seqmentin qrandları sayılan BMW 7 Series və Mercedes-Benz S-Class flaqman sedanları ilə rəqabət aparmaq iqtidarında deyildi. Eyni zamanda, Volkswagen sedanı sahibinə yaşatdığı problemlər ilə məşhurlaşmışdı.

 

Bütün bunlara baxmayaraq, alman istehsalçısı ciddi şəkildə flaqman sedanının ikinci nəslini buraxmağı düşünürmüş. Sən demə, yeni modelin prototipi də tam hazırmış və alman istehsalçısı bu məlumatı yalnız indi, modelin yubileyini qeyd etdiyi gün açlıqlamaq qərarına gəlib.

Protoipin görünüşündə modelin VolkswagenTouareg və Arteon, həmçinin Şkoda Superb ilə bağlılıq özünü büruzə verir. Burada təəccüblü bir şey yoxdur – çünki modelin şef-dizayneri Yozef Kaban olub.

 

Əsl dəri və ağac ilə tərtib edilmiş salonda Innovision  (sonradan 2018-ci ildə Touareg modelində peyda olub) rəqəmsal kokpiti və məlumat-əyləncə kompleksinin iri displeyi quraşdırılıb. Arxa sərnişinlər üçün ön kresloların arxa hissəsində motinorlar quraşdırılmış, mərkəzi konsoldakı çıxarılan planşet isə, Bentley modellərini xatırladır.    

Seriyaya getməmiş ikinci nəsil Phaeton modeli MLB Evo modul platformasına əsalanırmış. Bu platformada həmin Touareg, habelə Audi modellərinin böyük modelləri, Bentley Bentayga, Lamborghini Urus və Porsche Cayenne krossoverləri inşa ediliblər.

 

Təəssüflər olsun ki, ikinci nəsil Phaeton modelinin güc qurğusu barədə məlumat verilməyib. Bununla belə, sedanın ikinci nəslinin təkcə 6,0-litrlik W12 mühərriki ilə deyil, həm də tam elektrik güc qurğusu ilə buraxmaq planlaşdırıldığı məlumdur.

Xatırlatmaq gərəkdir ki, Phaeton modelinin ilk nəslinin mühərrik çeşidinə 450 at qüvvəsi və 560 Nm fırlanma amı hasil edən 6,0-litrlik W12 mühərrikindən başqa 3,6-litrlik VR6 (280 at qüvvəsi, 370 Nm) və 4,2-litrlik V8 (335 at qüvvəsi, 430 Nm) aqreqatları da daxil idi.

Ən maraqlı mühərrik isə, 5,0-litrlik V10 TDI turbodizeli idi – bu mühərrik dəyişən həndəsəsi olan iki turbokompressor ilə təchiz edilrdi. 5,0-litrlik biturbodizel 313 at qüvvəsi və 750 Nm fırlanma anına malik idi ki, bu da Phaeton modelinin zəmanəsinin ən güclü dizel sedanı edirdi.

Yeri gəlmişkən, Drezdendəki Şüşə manufakturasını ilkin olaraq məhz Phaeton sedanı üçün inşa etmişdilər. İndi bu meydançada elektrokarları istehsal edirlər: ilkin olaraq, şəffaf divarlar arxasında e-Golf modelini buraxırdılar, keçən ilin qışından başlayaraq isə, burada Volkswagen ID.3 hetçbekini yığılar.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh