"Renault" şirkəti "Scenic" elektrik krossoverini təqdim edib

Fransız brendi Münhen avtosalonunda Renault Scenic E-Tech krossoverini nümayiş etdirib. E-Tech indeksi elektrik güc qurğusundan xəbər verir. Təqdim edilən avtomobil Scenic modelinin beşinci nəslidir. Nissan Ariya ilə eyni platformanı bölüşən elektrokar 610 kilometrlik yürüş məsafəsinə və bir müddət bundan əvvəl nümayiş etdirilmiş Rafale modelinin üslubunda dizayna malikdir.
Scenic E-Tech kuzovun dinamik xətlərinə, radiator barmaqlığının yerində qeyri-adi tərtibatı olan qapağa və qeyri-adilikdə ondan geri qalmayan təkər disklərinə malikdir. Salonda beş oturacaq, ön paneldə şaquli istiqamətli 12-düymlük planşet və masaj funksiyasına malik olan kreslolar var. Bundan başqa, krossoverin təchizatına panoram Solarbay damı, 48 rəngli ətraf işıqlandırması və 545 litrlik baqaj bölməsi daxildir.
Scenic elektrokarı iki versiyada təklif olunacaq və hər iki versiya da tək mühərriklidir. Krossoverin baza versiyası 170 at qüvvəli elektrik mühərriki və 60 kilovat-saatlıq batareya ilə təchiz edilir. Baza versiyası 100 km/saata 9,3 saniyəyə sürətlənir və 150 km/saatlıq maksimal sürətə malikdir. Dolu batareya ilə, krossover 420 kilometr məsafə qət edə bilər.
Daha güclü və dinamik variant da mövcuddur – o, 218 at qüvvəli elektrik mühərriki və 87 kilovat-saatlıq batareya ilə təchiz edilir. Ən güclü variant 100 km/saata 8,4 saniyəyə sürətlənir, maksimal sürət isə 170 km/saatdır. Belə versiyanın yürüş ehtiyatı 610 kilometr təşkil edir.
Renault Scenic E-Tech krossoverinin istehsalı, Megane E-Tech elektrokarının yığıldığı Due şəhərindəki (Fransa) zavodda təşkil ediləcək. Scenic E-Tech elektrik krossoverinin Avropa bazarındakı əsas rəqibləri Volkswagen ID.4, Hyundai Ioniq 5 və Kia EV6 modelləri olacaq.
autograh.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










