"Renault" şirkəti yeni "Kardian" krossoverini təqdim edib

Yeni model istehsal olunacağı Braziliyada debüt edib. Kardian yeni modul platforması üzərində inşa edilmiş B sinifli şəhər krossoveridir. Fransız brendi Kardian modelinin krossoverlər iyerarxiyasında Kwid və Duster arasında yerləşdiyini bildirib.
Kardian Dacia Sandero Stepway modelinin variantlarından biridir, buna baxmayaraq, onun Avropa bazarında satışları nəzərdə tutulmayıb – yeni krossover ilk növbədə Latın Amerikası və Afrika bazarlarına yönəldilib, daha sonra isə, Cənub-Şərqi Asiyada debüt edə bilər.
Fransız avtomobil istehsalçısı yaydığı mətbuat açıqlamasında Kardian krossoverinin yeni modul tipli platformaya əsaslandığını bildirib. Çox güman ki, söhbət modernləşdirilmiş CMF-B platformasından gedir.
Kardian Sandero Stepway modelindən bir qədər böyükdür – o daha uzun və hündür, lakin daha ensizdir, üstəlik, hər iki krossoverin oxları arasındakı məsafə eynidir - 2,6 metr. Kardian həmçinin daha hündür klirensə malikdir - 201-ə qarşı 209 millimetr. Baqaj bölməsi də daha genişdir - 328-ə qarşı 410 litr.
Hələlik Braziliya bazarında satılacaq krossoverin texniki xüsusiyyətlər açıqlanıb. Orada yeni model 125 at qüvvəli 1,0-litrlik “turboüçlük” ilə təklif ediləcək. Benzin və etanol versiyaları da mövcud olmalıdır. Transmissiya iki muftalı altı pilləli “robot”, ötürmə isə yalnız ön oxadır.
Kardian və Sandero Stepway modellərinin interyer dizaynı oxşardır: multimedia sisteminin eyni səkkiz düymlük ekranı və iqlimə nəzarət sisteminin eyni şaybaları. Ancaq fərqlər də var - Renault krossoveri orijinal sükana, mərkəzi tunelin fərqli arxitekturasına və transmissiyanın başqa selektoruna malikdir.
Avadanlıqlar siyahısında yeddi düymlük rəqəmsal cihazlar paneli, altı təhlükəsizlik yastığı, adaptiv kruiz-kontrol, dairəvi müşahidə kameraları və kor nöqtələrin monitorinq sistemi var. Sandero Stepway, hətta maksimum konfiqurasiyasında belə, daha təvazökar təchizata malikdir.
Renault Kardian modelinin Braziliyadakı satışların 2024-cü ilin birinci rübündə başlamaq planlaşdırılır. Yeni krossoverin satış debütü edəcək növbəti ölkə Mərakeş olacaq.
autograph.az
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO








