Rolls-Royce şirkətinin keçmiş dizayneri ultramüasir superyaxtanı yaradıb
Dubayda keçmiş Rolls-Royce stilistinin dizayn etdiyi yaxta nümayiş etdirilib. Aeolus gəmisi küləklərin hökmdarı Eolun şərəfinə adlandırılıb, yenilikçilərə və uzaqgörənlərə ünvanlanıb. Onun görünüşünün ilham mənbəyi kimi XX əsrin ən böyük və ən gözəl yelkənli qayıqları – J-sinifli yaxtalar olub. Aeolus yaxtasının kayut və digər daxili məkanlarının tərtibatı üçün ekoloji cəhətdən təmiz materiallardan istifadə olunub. Güc qurğusu modul tiplidir və yeni texnologiyalara adaptasiya edilə bilər.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubai International Boat Show sərgisinin ilk günü inqilabi Aeolus superyaxtasının təqdimatı ilə yadda qalıb. Bu, Hollandiyanın Oceanco tərsanəsi, Rolls-Royce markasının keçmiş dizayneri Cayls Teylor və Londonda yerləşən Bergman Design House interyer dizayn studiyasının yaxtalara cavabdeh olan “qanadı” Njord firması arasında əməkdaşlığın nəticəsidir.
Poseydonun oğlu Eolun şərəfinə adlandırılan yaxta, ətraf mühitə və həyat tərzinə olan baxışların dəyişməsini əks etdirir. Qadın formaları maskulanlıq ilə mükəmməl şəkildə vəhdət təşkil edir, həm gövdə, həm də superquruluş sanki küləklə oyulmuş kimi görünür.
Aeolus gəmisinin xarici görünüşünə Cayls Teylor cavabdeh olub. O, yeddi il Rolls-Royce şirkətinin baş stilisti kimi çalışsa da, 2018-ci ildə Hongqi şmarkasının baş dizayneri təyin edilib. Rolls-Royce avtomobilləri kimi, superyaxta da novatorlara, vizionerlərə və big thinks (“böyük düşünən”) adlanan şəxslərə ünvanlanıb.
Lakin onun dəbdəbəli Britaniya avtomobilləri ilə başqa bir ortaq cəhəti də var: Boat Tail kabrioletləri kimi, Aeolus da keçən əsrin ən böyük və ən gözəl yelkənli gəmiləri olan J sinifli yaxtalardan ilham alınaraq yaradılıb. Onun görünüşündə kütləvi rəvan səthlər və ciddi həndəsi formalar yoxdur - bu, onu digər müasir superyaxtalardan fərqləndirən əsas cəhətdir.
Ekologiyaya bağlılıq gəminin konsepsiyasının elementlərindən biri olduğundan, daxili tərtibat üçün ekoloji cəhətdən təmiz materiallardan istifadə edilir və onların mənşəyi asanlıqla izlənə bilər.
Belə materiallarda biri, məsələn, kaktuslardan əldə edilən sintetik Desserto dərisidir. Həmçinin, Oceanco, daha doğrusu, Njord, orqanik pambıqla işləyən, insanlar və təbiət üçün təhlükəsiz boyalardan istifadə edən Oliveri Homes şirkəti ilə də əməkdaşlıq edir.
Aeolus gəmisində hovuz, bar, idman zalı, “çimərlik”, istirahət zonası, bir neçə VIP və qonaq kayutları var. Üst göyərtədə panoram pəncərələri olan master-kayut yerləşir. Daha yuxarıda, gəmi sahibinin, öz barı və istirahət zonası olan şəxsi göyərtəsi yerləşir.
Nəzəri cəhətdən Aeolus gəmisindən müxtəlif məqsədlər üçün - üzən ofis, tənha qalmaq üçün məkan və elita üçün butik otel, - istifadə etmək olar. Texnologiya inkişaf etdikcə yeni tendensiyalara adaptasiya olan güc qurğusu da bu gəmiyə tam uyğun gəlir.
Energy Transition Platform arxitekturası texniki tərəfdaşlar - ABB və MTU şirkətləri ilə birlikdə hazırlanıb və mahiyyətcə bir neçə təkamül variantını təklif edir. Birinci mərhələdə yaxta elektrik azipodları və iki MTU 16V2000 M72 (1496 at qüvvəsi) dizel mühərriki ilə təchiz ediləcəkdir. Həyat dövrünün ortasında, onlar 200 kilovatlıq yanacaq elementi bloku olan üç MTU 16V4000 M54 (2291 at qüvvəsi) mühərriki əvəzlənə bilərlər. Nəhayət, son mərhələdə bütün sistemi metanola keçirəcəklər. Bununla belə, yaxtanın kommersiya perspektivləri barədə heç bir məlumat verilməyib.
autograh.az