Rusiya bazarında Çin avtomobillərinin satışı - 2,6 DƏFƏ ARTIB

Avqust ayında Rusiyada yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 109,7 min ədəd təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu, "Avtostat" agentliyinin hesabatında bildirilir.
Eyni zamanda, səkkiz ayda 606 952 yeni minik avtomobili satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur.
Lada və Çinin bütün istehsalçılarının satışları artıb, Kia (-53,2%), Hyundai (-54,3%) və Toyota (-34,4%) şirkətlərinin satışları isə azalıb.
Rusiya bazarının lideri yerli Lada markası olaraq qalır, onun payı avqustda 26%-i ötüb (bir il əvvəl bu, təxminən 37% idi). Ölkədə 28 721 tam yeni Lada minik avtomobili satılıb. Xarici avtomobillər arasında ikinci yeri və liderliyi Çinin Chery brendi (13 412 ədəd) tutur. İlk 5-liyə həmçinin Çin Haval (10 979 ədəd), Geely (8 838 ədəd) və Changan (6 869 ədəd) brendləri daxildir.
Ən populyar modellərə gəlincə, Lada Granta liderliyi qoruyub saxlayır: avqustda 16 037 avtomobil satılıb (ötən avqust ayı ilə müqayisədə 41,9% artım). İkinci yerdə Chery Tiggo 7 PRO Max qərarlaşıb (6092 avtomobil). İlk üçlüyü Haval Jolion bağlayır (5284 ədəd. artım 2,6 dəfə). Reytinqdə sonrakı yerləri Lada Vesta (5128 avtomobil, artım 2,7 dəfə) və Omoda C5 (4632 avtomobil) tutur. (Marja)
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










