Rusiya dilerləri “Mercedes-Benz” proqram təminatından məhrum olublar

Almaniyanın “Mercedes-Benz” avtomobil konserni rus dilerlərini proqram təminatından tamamilə ayırıb. Avtosfer.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti şirkətin nümayəndələrinə və konsernin Rusiyadakı distribyutoruna istinadən yazıb.
Rusiyadakı distribyutor bəzi hallarda onlayn sistemlərə çıxışın olmamasının təmir müddətinin artmasına səbəb olacağına aydınlıq gətirib. Konsern nümayəndələri onu da qeyd ediblər ki, “Mercedes-Benz”in Rusiya bazarından çıxarılması ilə əlaqədar artıq sınaq və servis fəaliyyətini həyata keçirmək üçün əlavə imkanlar yoxdur.
Hazırda avtomobillərin təmir müddətinin artırılması əsas problem adlandırılır. Çox güman ki, diaqnostikanın bir hissəsi oflayn olacaq və proqram təminatının söndürülməsi siqnalizasiya və avtomobil açarlarının kodlaşdırılması ilə bağlı problemlər yarada bilər.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Mercedes-in Rusiyadakı biznesini satmaq niyyətində olduğu məlum olub. Sonra qeyd olunub ki, konsern əmlakı hərrac yolu ilə satmağı planlaşdırır. Daha sonra bildirilib ki, avtomobil istehsalçısı Moskva vilayətindəki avtomobil yığma zavodundan - Moskva yaxınlığındakı Esipovdakı “Mercedes-Benz Manufacturing Rus-a” məxsus ərazidən xilas olmaq istəyir. Göstərildiyi kimi, "Autodom" dileri alıcı ola bilər. Oktyabr ayında avtomobil istehsalçısı Rusiya Federasiyasını tərk etmək və Rusiya törəmə şirkətlərindəki səhmləri yerli investora satmaq qərarını açıqlayıb.
Fərid
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












