Rusiyada Çin avtomobillərindən şikayətlər artır

Ukrayna müharibəsindən sonra Çin avtomobilləri Rusiya bazarını doldursa da, rusların qəlbində yer tuta bilməyib.
Avtosfer.az-ın xəbərinə görə, sürücülər servisə tez-tez müraciət etməkdən narazıdırlar.
Rəy sorğularına görə avtomobil sahibləri Çin modellərinin korroziyaya davamsızlığından, asqıların zəifliyindən və elektronika problemlərindən şikayət edirlər.
Cari ilin 8 ayında yaşı dördü keçməyən avtomobillərin sahiblərinin 35%-i ciddi nasazlığa görə servisə baş vurub. Chery, Lifan və Geely sürücüləri vaxtaşırı servisə getməyə məcbur olub. Ən ciddi artım Haval (+88%), Changan (+33%) və JAC (+60%) modellərinə aiddir.
Rəyi soruşulanların 61%-i Çin avtomobillərinin Rusiya yollarına, xüsusən də qışa uyğun gəlmədiyi qənaətindədir. Ən ciddi şikayət isə taksi sürücülərindən gəlir. Onların fikrincəRusiya şəraitində istismar zamanı təzə avtomobildə 20 min kilometrdən sonra ciddi problemlər ortaya çıxır.
Bir sözlə, Kremlin ideoloqları Qərb avtomobillərini nə qədər söysələr də, publikanı inandıra bilməyiblər. Çünki özləri söydükləri ölkələrin texnikasından əl çəkmirlər.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












