Rusiyada yanacaq böhranı xroniki ola bilər

Rusiyanın neft şirkətləri Ukraynanın hava zərbələrinin fəsadlarını yaxın 1 il ərzində hiss edəcək. Avqustdan indiyədək hər üç neftayırma zavodundan biri Ukrayna dronlarının hücumuna məruz qalıb.
Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatınbda bildirilir.
Agentliyin proqnozuna görə, zavodlar istehsalı əvvəlkli səviyyəyə ən optimist proqnoza görə 2026-cı ilin iyunundan tez çatdıra bilməyəcəklər. PUA-larla 20 neftayırma zavoduna zərbə endirilib, emal həcmi 10 faiz azalıb.
BEA bildirir ki, ilin əvvəlində yanacaq qıtlığı yalnız Uzaq Şərq və hazırda Rusiyanın nəzarətində olan Krımda hiss edilirdi. İndi isə qıtlıq bütün federasiyanı əhatə edib. Sutkalıq emal həcmi 500 min barel azalıb. Problemin həlli üçün Belarusdan idxal artıb. Çin, Koreya və Sinqapurdan idxalın təşviqi üçün gömrük tarifləri sıfır faizə endirilib.
Rosstatın məlumatına görə, Rusiyada benzinin qiyməti ilin əvvəlindən 12,7 faiz artaraq 14 illik tarixi maksimuma yüksəlib.
Vüqar
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












