Sanksiyaların fəsadı: LADA daha bir köhnə model konveyerə qaytarır - FOTO

Sanksiyaların təsiri nəticəsində Rusiyada bir çox köhnə texnika təkrar istehsala qaytarılıb.
Avtosfer.az-ın xəbərinə görə, ötən ay 60 illik tarixçəsi olan ZMZ-53 mühərrikini istehsala qaytaran ölkə indi də “VAZ-2131”i konveyerə qaytarmaq niyyətindədir. Sadə dildə desək, “beşqapılı Niva”nı.
Avtomobilin istehsalı ötən ilin əvvəlində dayandırılmışdı. İndi isə yeni modelləri istehsala buraxmaq mümkün olmadığından bu maşının istehsalının bərpası planlaşdırılır. Halbuki ötən il ekspertlər 1996-cı ildən istehsal olunan modelin birdəfəlik pensiyaya getdiyini düşünürdülər.
Bərpa prosesi ZMZ-53-dəki kimi asan olmayacaq. Təhlükəsizlik kəməri və tormoz detalları yoxdur, kuzovun detalları üçün ştamplar köhnəlib və təmizə ehtiyacı var. Buna görə də istehsalın ən yaxşı halda ilin sonunda bərpa ediləcəyi gözlənilir.
Rusiyalı ekspertləri isə bir sual düşündürür: Hətta postsovet məkanında belə müasir innovasiyalara malik avtomobillər istehsal edildiyi halda, 1996-cı ilin modelini (daha real olsaq 1977) təkrar istehsala qaytarmaqda məntiq nədən ibarətdir?
Bir faktı da qeyd edək ki, ötən il bir çox ekspert sanksiyanın təsirini azaltmaq üçün karbürator istehsalını artırmağı və VAZ-2106, VAZ-2107 kimi sadə modelləri istehsala qaytarmağı təklif edib.
Vüqar Yaşaroğlu
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir













