"Subaru Forester STI Sport" “idman” versiyasına sahib olub

Subaru Yaponiya bazarında satılan Forester krossoverinin yeni versiyasını təqdim edib. O, STI Sport adlanır və amplitudadan asılı olan ön amortizatorların, həmçinin xüsusi eksteryer və interyer tərtibatının olması ilə seçilir. İstehsalçının fikrincə, belə krossover idarəetmədə heç də idman sedanında geri qalmır və onun satışlarına yayın sonunda start veriləcəkdir.

Subaru Forester STI Sport krossoverindəki əsas yeniliklər STI departamentinin sazlamaları olan Hitachi Astemo SFRD amplitudadan asılı ön amortizatorlar və yenidən işlənilmiş arxa dayaqlardır. Krossover əvvəlki kimi 177 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərrik, Lineartronic variatoru, firma “simmetrik” tam ötürücü ilə təchiz olunub, lakin o, idman sedanı kimi idarə olunur. Zahirən “idman” krossoverini qara dekor elementləri, STI nişanlaarı və xüsusi dizaynlı 18-düymlük təkər diskləri sayəsində tanımaq olar.

Salon ikirəngli nappa dərisi (qara və tünd qırmızı) üzlənib, qara parlaq örtmələr və cihazlar paneli, sükan və oturacaqlarda qırmızı tikişlərlə bəzədilib. Üstəlik, krossover cihazlar panelinin idman şkalalarına sahib olub. Əlavə ödəniş müqabilində, Forester STI Sport elektrik ötürməsi olan baqaj qapısı və avtomatik əyləcləmə, arxa çarpaz hərəkətə nəzarət və zolaq saxlama funksiyaları da daxil olan EyeSight Safety Plus təhlükəsizlik sistemləri kompleksini sifariş etmək mümkündür.


Yaponiyada Forester qiymətləri 2.937.000 yendən (26.885 manat), Sport təchizatının qiyməti isə, 3,300,000 yendən (41.440 manat) başlayır. Odur ki, Forster STI Sport bir qədər baha olmalıdır. İlkin məlumata görə, idman krossoverinin satışlarına avqustun 25-də başlanılmalıdır.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










