Reklam

"Subaru Levorg Layback" – sırf Yaponiya bazarı üçün hazırlanmış krossover

Avtodünya 7 Sentyabr 2023 23:22 Oxunub 808
"Subaru Levorg Layback"  – sırf Yaponiya bazarı üçün hazırlanmış krossover
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Subaru markasının o qədər də populyar olmayan məhsullarından biri Impreza modelinin universal kuzovlu versiyası sayılan Levorg modelidir. 2014-cü ildən bəri buraxılan universalın satışları əsasən Yaponiya bazarı ilə məhdudlaşır. Bununla belə, Levorg modelinin birinci nəsli seçilmiş Avropa bazarlarında da satılıb, halbuki 2020-ci ildə satışa çıxarılan cari modeli Yeni Zelandiyada WRX GT Wagon, Avstraliyada isə WRX Sportwagon adı altında almaq olar. Yeni Levorg Layback isə, yalnız yerli bazar üçün nəzərdə tutulub.

Bu gün, avtomobilin Doğan Günəş ölkəsindəki rəsmi debütü ərəfəsində Subaru şirkəti Layback indeksinin Levorg universalının kross versiyasına verildiyini bildirib. Əslində, yeni Levorg Layback eyni adlı universalın plastikdən müdafiə qurşağı və artırılmış klirensi olan hündür versiyasıdır. Yeni kross-universal barədə məlumat azdır, lakin onun klirensinin 200 millimetrə qədər artırıldığı bildirilib. Qeyd etmək gərəkdir ki, standart Levorg universalında bu göstərici 130 millimetr təşkil edir.

Subaru Levorg Layback kross-universalının standart təchizatına geniş bucaqlı kamerası olan  yeni nəsil EyeSight sistemi daxilir. Alıcılar, həmçinin Harman Kardon səs sistemini, multimedia sisteminin 11,6 düymlük ekranını, habelə avtomobilin salonundakı temperaturu smartfondakı tətbiq vasitəsi ilə tənzimləmək imkanını əldə edəcəklər. Kross-universal bütün mövsüm şinləri taxılmış 18 düymlük təkər disklərinə malikdir.

Subaru həmçinin Yaponiyada Levorg modelini aqressiv kuzov dəsti və bəzi mexaniki təkmilləşdirmələri olan STI Sport versiyasında da təklif edir, baxmayaraq ki, bu, tamölçülü STI məhsulu deyil. İlin əvvəlində isə, yapon istehsalçısı tirajı 500 nüsxə ilə məhdudlaşdırılmış Levorg STI Sport Performance xüsusi nəşrini təqdim edib. Aqressiv görkəmli universalın təchizatına 225/40 ZR19 Michelin Pilot Sport 5 şinləri taxılmış 19-düymlük BBS təkər diskləri, transmissiya yağının soyudulması üçün radiator, ön dayaqların yuxarı toplarını birləşdirən çubuq və çevik sərtlik elementi, həmçinin ön Recaro oturacaqları və müxtəlif qara rəngli dekor daxildir.

Bazardan asılı olaraq, Levorg universalı 174 at qüvvəli 1,8 litrlik turbomühərrik və ya 256 at qüvvəli 2,4 litrlik mühərrik ilə təklif edilir. Birinci mühərrik Lineatronic, ikinci mühərrik isə, Sport Lineatronic qutusu ilə təchiz olunur. Ötürmə - bütün təkərlərədir.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh