Tarixin ən böyük mühərrikli avtomobilləri - FOTO

Bu gün 3 litr mühərrik həcminə malik avtomobil çox böyük qəbul edilir. Avropa şəhərlərində belə avtomobillərə demək olar rast gəlinmir. Yaxın şərqdə isə vəziyyət fərqlidir.
Avtosfer.az-ın xəbərinə görə, tarixdə ən böyük mühərrik həcminə malik olan avtomobil “Fiat S76 Record” hesab edilir. 1910-cu ildə hazırtlanmış avtomobilin 28,4 litrlik mühərriki 290 at gücü hasil edirdi.avtomobil o dövrdə 213 km/saat sürətlə rekordçu olmuşdu. Müqayisə üçün deyək ki, indi bu həcmdə mühərrik yalnız tanklarda, gəmilərdə və karxana avtomobillərində (200+ ton) olur. Həm də benzin deyil, Dizel.

İkinci yerdə isə Britaniyanın “The Beast” avtomobili gəlir. 27 litrlik mühərrik 1000 at gücü hasil edir və texnikanın 300 km/saat sürət yığmasına imkan verir. 70-ci illərdə hazırlanmış maşın cəmi 27 000 km qət edib və hazırda həracdadır

Üçüncü yeri də ingilis texnikası tutur. 1936-cı ilin istehsalı olan “Napier-Railton”un mühərrik həcmi 23,9 litrdir. Aviasiya mühərrikinin yanacaq sərfiyyatı həddən artıq çox idi.

Dördüncü yer isə müasir avtomobilə aiddir. 2000-ci ildə hazırlanan “Cadillac Sixteen” 13,6 litrlik V16 mühərrikə malik idi. Qeyri-rəsmi məlumata gör, bu mühərrik 1 000 at gücü hasil edir.

Beşinci yeri də ABŞ avtomobili tutur. Lakin bu model 1913-1918-ci illərdə istehsal edilib. “Pierce-Arrow Model”in 6613,5 litrlik mühərriki 140 at gücündə idi ki, bu da həmin dövr üçün normaldır. Bu model həm də seriya ilə istehsal edilmiş ən böyük mühərrik həcminə malik avtomobil kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Göründsyü kimi, son 100 ildə mühərrikin ümumi quruluşu və iş prinsipi dəyişməsə də, güc artıb, sərfiyyat azalıb. Bu gün 2 ltrlik avtomobillərin demək olar hamısı 150 at gücü və daha çox hasil edə bilir.
Vüqar Yaşaroğlu

Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










