Tarixin ən etibarlı 10 avtomobili AÇIQLANDI

"TopSpeed" portalı tarixin ən etibarlı 10 avtomobilini açıqlayıb. Siyahının birinci yerində 2015-ci il Toyota Camry dayanır. Avtosfer.az xəbər verir ki, onun etibarlılığı 100 baldan 90 qiymətləndirilib. İkinci yerdə 2015-ci il Lexus ES, üçüncü yerdə isə 2007-ci il Toyota Corolla gəlir. Onların etibarlılıq göstəriciləri müvafiq olaraq 89 və 88 baldır. Siyahıya həmçinin 2007-ci il Honda Accord, 2018-ci il Toyota RAV4, 2019-cu il Mazda MX-5 Miata, 2021-ci il Lexus GX, 2022-ci il Toyota Prius, 2022-ci il Mazda CX-9 və Subaru Legacy daxildir. "TopSpeed" həmçinin Toyotanın ən az etibar edilən avtomobillərini də açıqlayıb. GR Supra idman kupesi son 20 ildə markanın ən problemli avtomobilidir. Burada əyləc yardım sistemi və təhlükəsizlik kəməri dartıcıları ilə bağlı problemlər olur. Yeni modellər arasında isə Toyota bZ4X ən az etibarlı sayılıb. (Milli.az)
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK












