"Tesla" bu maşınları yeniləyir

Məlum olub ki, Tesla şirkəti hal hazırda öz elektromobil kataloqunu genişləndirməyi planlaşdırmır.
Avtosfer.az bildirir ki, bunun yerinə şirkət mövcud elektromobillərinin bəzilərini yeniləməyə hazırlaşır. Güman olunur ki, Elon Musk artıq bu il Model 3 elektromobilinin yeni versiyasını təqdim edəcək. Gələn il üçün isə Model Y elektromobilinin yeni versiyasının təqdim ediləcəyi gözlənilir. Mövcud məlumatlara əsasən Tesla bu ilin sentyabr ayında Model 3 elektromobilinin Project Highland kod adına sahib yeni versiyasını sərgiləyəcək.
Şirkət yenilənmiş Model 3-ün interyerini daha da minimalistik tərzdə reallaşdırmağı planlaşdırır. Gözləntilərə əsasən salon daxilindəki bütün düymələr və ventilyasiya girişləri, Model S-də olduğu kimi gizlədilmiş şəkildə yerləşəcəklər. Model Y modelinə gəldikdə isə onun Project Juniper kod adına sahib yeni versiyası gələn ilin oktyabr ayında gözlənilir. Məlumata əsasən onun interyerində də Model 3-də reallaşdırılacaq dəyişikliklər olacaq. Lakin bununla yanaşı yenilənmiş Model Y modeli yeni gövdə dizaynını və yaxşılaşdırılmış transmissiyanı əldə edə bilər. Məlumata əsasən bütün bu dəyişikliklər elektromobillərin istehsalat proseslərinin sadələşdirilməsi və xərclərinin aşağı salınması üçün edilir.
Lent.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












