“Tesla” modelləri ucuzlaşdı, satışlar artdı

2023-cü ilin birinci yarısında Avropanın ən çox satılan avtomobilləri açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, “Tesla” yanvar-iyun ayları arasında Avropaya 138.000 “Model Y” tədarük edib. Bu rəqəm satışların ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını göstərir.
“Model Y” daxili yanma mühərrikləri olan avtomobilləri də geridə qoyub. “Dacia Sandero” və “Volkswagen T-Roc” kimi Avropada populyar olaraq seçilən avtomobilləri üstələyib.
Məlumata görə, “Tesla” “Model Y” indiyə qədər ən çox satılan avtomobil olub.
Avropanın ikinci ən çox satılan elektrik avtomobili isə “Model 3” olub. “Volvo XC40”, “VW ID.4” və “VW ID.3” digər elektrik avtomobilləri üçüncü, dördüncü və beşinci sıradadır.
“Tesla”nın bazar payı əvvəlki ilə nisbətən 2,8% artaraq Avropanın 116 avtomobil markası arasında ən böyük artımı olan istehsalçı olub. Analitiklər “Tesla”nın artımını Avropada qiymətlərin azalması və Almaniyada “Model Y” istehsalı ilə əlaqələndirirlər.
Avropanın ən çox satılan elektrik avtomobillərinin siyahısı:
1) Tesla Model Y – 138 814
2) Tesla Model 3 – 43,131
3) Volvo XC40 – 42.207
4) VW ID.4 – 41,733
5) VW ID.3 – 35.415
6) Fiat 500e – 32 289
7) Audi Q4 e-tron – 32 176
8) MG 4 – 31,341
9) Skoda Enyag – 30 259
10) Dacia Spring – 26 994
Trend
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












