Təzə avtomobili ələ keçirib satmaq da olurmuş

ABŞ-nin Şelburn şəhərinin sakini 3 il ərzində 5 Tesla oğurlayaraq satmağa müvəffəq olub.
Avtosfer.az xəbər verir ki, Şelburn sakini Teslanın onlayn satış sistemindəki proqram xətasını görərək bundan istifadə edir. O, avtomobil amaq üçün 2500 dollar ilkin ödənişi edir və yetərli vəsait olmayan bank hesabını sistemə daxil edir. Bu yolla 58 000 dollarlıq avtomobili ələ keçirərək satmağa nail olur.
Bundan sonra amerikalıya tamah güc gəlir və bu dəfə eyni yolla 150 000 dollarlıq avtomobili ələ keçirərək 130 000 dollara satır. Maraqlıdır ki, hər 2 maşında Tesla ona mülkiyyət sertifikatı yollayıb.
Nəhayət, dördüncü maşını “alan” amerikalı mülkiyyət sertifikatı əldə edə bilmədiyi üçün maşını yandırmağa cəhd edir və işin üstü açılır. Məlum olur ki, o, 560 000 dollar dəyərində 4 avtomobili sataraq 232 000 dollar əldə edib.
Məhkəmənin hökmü ilə o, 4 il azadlıqdan məhrum olunub. O həmçinin Teslaya 493 000 dollar təzminat verməli və 232 000 dollar cərimə ödəməlidir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












