TOGG ilk 4 saata 7000-dən çox sifariş aldı

Martın 15-dən etibarən Türkiyənin yerli istehsal olan tam elektrikli TOGG avtomobili satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bundan sonra TOGG şirkəti "Twitter" hesabındakı paylaşımı ilə diqqət çəkib. Belə ki, elektromobil satışa çıxarıldıqdan sonra ilk 4 saat ərzində 7 734 sifariş alıb.
"Martın 27-nə qədər davam edəcək ön sifariş prosesinin ilk 4 saatında 7734 istifadəçimiz TOGG T10X-i əvvəlcədən sifariş etdi. Bizə etibar etmisiniz. Bu bizim qürurumuzdur”, - deyə şirkətin paylaşımında qeyd olunub.
Bildirək ki, şirkət TOGG T10X elektrik krossoverinin bir şarjla 314 km məsafə qət edən standart versiyanın qiymətinin 923 min lirə (48 500 dollar), tək şarjla 523 km məsafə qət edən versiyasının isə 1,215 milyon lirəyə (63,9 min dollar) başa gələcəyini açıqlayıb.
unikal
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












