"Toyota Camry" sedanının növbəti nəsli gecikir

Toyota yeni Camry sedanının yaradılmasında qrafikdən geri qalır. Avstraliyanın “Drive” jurnalının məlumatına görə, Camry modelinin doqquzuncu nəsli sələfindən 7 il sonra işıq üzü görəcəkdir, halbuki əvvəllər nəsil dəyişikliyi arasındakı vaxt 5-6 il idi. Qeyri-rəsmi məlumatlara görə, Toyota hazırkı Camry sedanını təqaüdə göndərməyə tələsmir, çünki orta ölçülü sedanlar seqmentində rəqabət zəifləyib. XV80 indeksinə malik olacaq yeni Camry modelinin debütü 2024-cü ilə planlaşdırılıb.
Hazırda Avstraliyada Toyota Camry sedanına növbə 12 ay təşkil edir, ona görə də nəzəri olaraq, 2023-cü ildə növbəyə duran müştərilər bir ildən sonra növbəti nəsil sedanı ala bilərlər. “Drive” nəşrinin insayderləri yeni Camry modelinin Toyota şirkətinin amerikan zavodundakı istehsalına 2024-cü ilin aprelində başlanacağını bildiriblər.
Texniki hissəyə gəlincə, insayderlər doqquzuncu nəsil Camry modelinin TNGA-K platformasının təkmilləşdirilmiş versiyasına əsaslanacağını, inqilabi eksteryer dizaynına və interyerdəki təkamül xarakterli dəyişiklərə sahib olacağını söyləyiblər. Əksər bazarlarda hibrid güc aqreqatına üstünlük verləcəkdir, lakin ABŞ-da sedanların təxminən 85 faizinin adi benzin mühərrikləri ilə satıldığı nəzərə alsaq, belə versiyaların da çeşiddə qalacağını güman etmək olar. Amma bir şey dəqiqdir ki, Camry artıq V6 mühərriki ilə təklif olunmayacaqdır. 3,5-litrlik altısilindrli mühərriki yeni 2,4-litrlik “turbodördlük” əvəzləyəcəkdir. Qeyd etmək gərəkdir ki, bu məsələdə Avstraliya jurnalının mənbələri amerikalı həmkarları ilə həmrəydirlər.
Toyota rəsmiləri ənənəvi olaraq susmağa üstünlük verirlər. Yeni Camry modeli də qaydalardan istisna deyil. Üstəlik, bu günə qədər casuslar doqquzuncu nəsildən olan sedanın kamuflyajlı prototiplərinə rast gəlməyiblər. Bütün bunlar onu göstərir ki, yaxın zamanlarda Camry modelinin nəsil dəyişdirəcəyini gözləmək lazım deyil.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












