“Toyota” dünyanın ən dəyərli avtomobil istehsalçısı oldu - FOTO

“Toyota” bir çox müstəqil araşdırma və dəyərləndirmə qurumları tərəfindən ən dəyərli avtomobil şirkəti olaraq diqqət çəkməyə davam edir. Dünyanın qabaqcıl müstəqil marka dəyərləndirmə və strategiya məsləhətçiliyi şirkəti Brand Finance-in son hesabatı da “Toyota”nın yüksəlişini ortaya qoydu.
Brand Finance Global 500 2025 hesabatına görə, “Toyota” dünyanın ən dəyərli avtomobil markası oldu. Əvvəlki ilə nisbətən dəyərini 23% artıraraq 64.7 milyard dollar marka dəyərinə çatdıran “Toyota”, bütün avtomobil şirkətlərini geridə qoydu. Bununla birlikdə o qlobal sıralamada 18-ci sıraya yüksəldi. “Toyota”nın avtomobil sektorunda ən yaxın şirkətlə olan fərqi 11.7 milyard dollardır.
Marka dəyəri ilə diqqət çəkən “Toyota”, eyni zamanda sektorda da vacib rol oynayır. Dəyərləndirmə qurumu tərəfindən verilən AAA+ marka gücü dərəcələndirilməsi və 92.3-lük Marka Gücü İndeksi hesabı ilə müştəri etimadını və innovasiya liderliyini bir daha sübut etdi.
Avtomobil sektorunda müştəri yönümlü innovasiyaları ilə diqqət çəkən “Toyota”nın 2025-ci il performansı, markanın dayanıqlı mobillik və texnoloji innovasiyaya olan bağlılığını əks etdirir. Eyni zamanda müştəri sədaqəti və qlobal marka dəyərindəki güclü artımla da önə çıxır. “Toyota” yalnız avtomobil sənayesində deyil, eyni zamanda qlobal marka qavrayışında da qabaqcıl bir güc olmağa davam edir.
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












