"Toyota" məşhur "FJ Cruiser" ofrouderinin elektrik varisini nümayiş etdirib - FOTO

Keçən ilin sonunda Toyota şirkəti yaxın illərdə seriyaya gedəcək 15 elektrokarın dizaynını açıqlamışdı. Onların arasında, məşhur FJ Cruiser ofrouderinin mənəvi varisi olan brutal görkəmli Compact Cruiser konsepti də var idi. Ən maraqlısı odur ki, bu prototip, konsept avtomobilləri kateqoriyasında nüfuzlu 2022-ci ilin Car Design Award mükafatını almışdı. Bu hadisənin şərəfində Toyota gələcək elektrik ofrouderinin yeni rəsmi renderlərini paylaşıb.
Ümumilikdə, elektrokarın eksteryerini yaradan dizaynerlər yuxarıda adını çəkdiyimiz FJ Cruiser və birinci nəsil orijinal Land Cruiser modellərindən ilham alıblar. Ofrouderin eksteryerində tanış kvadrat formaları və retro cizgiləri görmək olar.

Xüsusi ilə diqqət çəkən bəzi detallar da var. İlk növbədə, avtomobilin hündür klirensini, damdakı “çilçırağını” və plastik bamperlərin üstündə quraşdırılmış polad müdafiəni qeyd etmək gərəkdir. Snoubordların bərkidildiyi ekspedisiya baqajı da diqqəti çəkir. Baqaja rahat girişi təmin etmək üçün yan tərəfdə pilləkən də quraşdırılıb. Toyota bu modeli aktiv həyat tərzi sürməyə üstünlük verən gənclərə ünvanladığını bildirib.
Elektrik ofrouderinin texniki hissəsi barədə məlumat verilməyib. Yeganə məlum olan fakt, ofrouderin e-TNGA modelu platformasında inşa ediləcəyi və ikimühərrikli elektrik güc qurğusunu alacağıdır.


Xatırladaq ki, bir müddət əvvəl Toyota şirkəıtinin bZ SDN elektrik sedanının seriya versiyasını Çinin BYD şirkəti ilə birgə hazırlanacağı barədə məlumat peyda olub. Belə ki, BYD şirkəti yapon istehsalçısı ilə özünün məşhur Blade batareyalarını paylaşmağa razılıq verib.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












