Tramp ABŞ-də bu avtomobillərin istehsalına başlandığını elan etdi - FOTO
ABŞ prezidenti Donald Tramp ölkə daxilində “kiçik avtomobillərin” istehsalına rəsmi icazə verildiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı bu barədə məlumatı şəxsi “Truth Social” hesabında paylaşıb.
Tramp bildirib ki, istehsalçılar uzun müddətdir belə avtomobillərin bazara çıxarılması üçün hökumətdən razılıq gözləyirdilər. Onun sözlərinə görə, kiçik ölçülü avtomobillər benzindən tutmuş elektrik və hibrid güc qurğularına qədər müxtəlif mühərrik seçimləri ilə buraxıla biləcək.
Prezident paylaşımında ABŞ-nin Ədliyyə, Nəqliyyat və Ətraf Mühit Departamentlərinə təşəkkür edərək, bu qərarın avtomobil sənayesinə ciddi sürət verəcəyini diqqətə çatdırıb: “Çox yaxın gələcəyin bu avtomobilləri sərfəli, təhlükəsiz, yanacaq sərfiyyatına qənaət edən və sadəcə olaraq möhtəşəm olacaq. İndi istehsala başlayın”, – deyə Tramp qeyd edib.
Onun verdiyi icazədən sonra ABŞ-da kiçik avtomobil istehsalının kütləvi şəkildə genişlənəcəyi və yerli bazarda ciddi canlanma yaradacağı gözlənilir.
Eltac Zülfüqaroğlu
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK












