Türkiyə “Togg” elektromobilini dünya brendinə çevirməyi planlaşdırır

Türkiyə 2024-cü ildə milli “Togg” elektromobilinin Avropaya ixracına başlamağı və onu qlobal brendə çevirməyi planlaşdırır.
"Report"un verdiyi məlumata görə, bu barədə ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçir bildirib.
"İndi biz gündə 180-200 avtomobil istehsal edirik, iki-üç həftə ərzində bu rəqəmi 280-ə çatdırmağı planlaşdırırıq. 2024-cü ildə bizim üçün cəlbedici bazar olan Avropaya elektromobillərinin ixracına başlamaq, sonra isə “Togg”u dünya brendinə çevirmək planlarımız var”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyənin “Togg” elektromobili 2019-cu ildə təqdim edilib, avtomobillər ölkənin qərbindəki Bursa vilayətində istehsal olunur. “Togg” 2023-cü ilin martında satışa çıxarılıb. Türkiyə səlahiyyətliləri daha əvvəl yeddi il ərzində təxminən 1 milyon elektrmobil istehsal etməyi planlaşdırdığını açıqlayıblar.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












