Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Türkmənistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artıraraq, 25,9 milyon dollara çatdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyul ayında Türkiyə Türkmənistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 52,2 faiz artıraraq, 4,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 20,1 milyard dollara bərabər olub.
Bu ilin iyul ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə, 33,2 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 33,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.
Trend
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










