"Volkswagen Passat" modelinin elektrik varisinin adını açıqlayıb

Volkswagen markasının ID elektromobillər xəttinə artıq ID.3 hetçbeki, ID.4, ID.5 və ID.6 krossoverləri, həmçinin ID Buzz miniveni daxildir. Tezliklə onlara 2018-ci ilin ID.Vizzion konseptinin seriya təcəssümünə çevriləcək elektrik sedanı qoşulacaqdır.
Bu sedan, eyni zamanda, təqaüdə göndərilmiş Passat modelinin varisi olacaqdır. Bu gün Volkswagen elektrokarın yeni tizerlərini paylaşıb və modelin həqiqətən də ID.Aero adlanacağını təsdiqləyib. Elektrik sedanının təqdimatı iyunun 27-nə planlaşdırılıb.

Tizerlərdən göründüyü kimi, sedan cizgilərinə görə fastbəki xatırladır, kuzovdakı çıxıntıların sayı minimumdur, arxa tərəfdə isə, bir fənərdən digərinə qədər uzanan işıqlanan element quraşdırılıb. Volkswagen nümayəndələri elektrik sedanını “görkəmli aerodinamikaya, zərif dizayna və geniş salona malik olan avtomobil” kimi səciyyələndirirlər.
Volkswagen ID.Aero sedanının əsasını ID ailəsinin digər modellərindən tanış olan MEB platformasının təşkil etdiyi məlumdur. Çox güman ki, bu ayın sonunda ID.Aero konsept statusunda debüt edəcəkdir. Bununla belə, onun seriya versiyasını çox gözləməli olmayacağıq - satışlar gələn ilin ikinci yarısında başlamalıdır. ID. Aero elektrik sedanının satış debütü edəcəyi ilk bazar Çin olacaqdır.


Daha sonra, 2023-cü ildə, ID. Aero modelinin Şimali Amerika və Avropa bazarları üçün nəzərdə tutulmuş versiyaları debüt edəcək, təqaüdə çıxmış Passat sedanını və ola bilsin ki, Arteon liftbəkini əvəzləyəcək. ID.Aero modelinin istehsalı Almaniyanın Emden şəhərindəki Volkswagen zavodunda təşkil olunacaqdır.
Volkswagen Passat modelinə gəlincə, onilliklərlə ölçülən konveyer həyatı yaşamış model bu il təqaüdə göndərilib və onun son nüsxəsi yanvar ayında Tennessi ştatının Çattanuqa şəhərindəki Volkswagen zavodunun konveyerini tərk edib.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










