"Volkswagen" yeni "Passat" modelini təqdim edib

Avtodünya 31 Avqust 2023 17:20 Oxunub 698
"Volkswagen" yeni "Passat" modelini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Alman brendi Skoda tərəfindən hazırlanmış yeni Passat universalını nümayiş etdirib. Yarm əsr bundan əvvəl debüt etmiş model 30 milyondan çox nüsxədə satılıb. Beləliklə, Volkswagen Passat doqquzuncu nəslə qədəm qoyub və bir neçə fundamental dəyişikliklərə məruz qalıbr: birincisi, modelin yaradılması Skoda şirkətinə həvalə edilib, ikincisi, Passat modelinin istehsalı Almaniyadan Slovakiyaya köçürülüb.

Artıq Passat eyni platformanı paylaşdığı Superb ilə eyni zavodda istehsal olunacaq. Üçüncüsü, bundan sonra modelin yalnız bir kuzovla - universal kuzovu ilə təklif ediləcək. Volkswagen Passat sedanı (Çində satılan modeli nəzərə almasaq) rəsmi olaraq təqaüdə göndərilib.

Doqquzuncu nəslə addım atan Volkswagen Passat yeni Tiguan modelinin də inşa olunduğu MQB Evo modul platformasına keçib. Bu keçid onun üçün, hibrid texnologiyaları və sürücüyə yardım sistemləri sahəsində yeni imkanlar açır.

Bundan əlavə, yeni Passat sələfi ilə müqayisədə böyüyərək daha geniş salona malik olub. Əsas artım arxa sərnişinlərin ayaqları zonasında və baqaj bölümündə baş verib. Baqaj bölməsinin həcmi 40 litr artaraq 690 litrə çatıb. Arxa oturacaqların qatlanması halında bu rəqəm 1920 litrə (+140 litr) qədər artır.

Passat modelinin eksteryer və interyeri də tamamilə yenidir: düz xətlər yerini daha hamar cizgilərə verib, interyer isə rəqəmsallaşdırılıb. Ön paneldəki mərkəzi yeri 15-düymlük planşet tutur, lakin o, yalnız ən bahalı təchizat səviyyələrinin imtiyazıdır, daha sadə versiyalarda isə 12,9 düymlük ekran quraşdırılır.

Cihazlar paneli tamamilə rəqəmsaldır və üç variantda tərtibata malikdir. Bununla belə, sükan çarxındakı sensorlu düymələrdən imtina edilib. Görünür, alman istehsalçısı səkkizinci nəsil Golf modelinin sahiblərinin iradlarını nəzərə alıb. Nəhayət, tranmsissiyanın idarə edilməsinə sağ sükanaltı dəstək cavabdehdir.

Adaptiv kruiz-kontrol, parkinq sensorları, tam LED optika, avtomatik əyləcləmə, avtomobili hərəkət zolağında saxlanma və yol nişanının tanınması funksiyaları artıq baza təchizatına daxildir. Əsasən korporativ müştərilər üçün nəzərdə tutulmuş “orta” Business təchizat səviyyəsi üç zonalı iqlimə nəzarət sistemi, əlavə USB-C konnektorları və parkinq köməkçisi təchiz edilir.

Həmçinin, avropalılara iki top təchizat səviyyəsi - Elegance və R-Line “idman” təchizat səviyyələri təklif olunacaq. Passat modelinin ən bahalı versiyaları matrisa fənərləri və masaj funksiyası olan oturacaqlara malikdirlər. İki səviyyə arasındakı fərq isə, müxtəlif ölçülü disklərdən ibarətdir: Elegance üçün 17 düymlük, R-Line üçün isə, 18 düymlük təkər diskləri nəzərdə tutulub.

Yeni modelin mühərrik çeşidinə 122 - 193 at qüvvəsi arasında gücə malik olan üç turbodizel, habelə 204 və 265 at qüvvəli variantlarda təklif edilən 2,0-litrlik TSI benzin turbomühərriki daxildir.

Bundan başqa, 1,5-litrlik mühərriki və elektrik üst qurumu (150 at qüvvəsi) olan "mülayim" hibrid, habelə iki tamölçülü plagin hibrid güc aqreqatı mövcuddur: PHEV qurğusunun tərkibinə 1,5-litrlik benzin və elektrik mühərriki daxildir.

Versiyadan asılı olaraq, hibrid qurğu 204 və ya 272 at qüvvəsi hasil edir. Passat PHEV 19,7 kilovat-saatlıq batareya ilə təchiz edilir ki, bu da universala sırf elektrik dartması ilə 100 kilometrə qədər məsafə qət etməyə imkan verir.

Doqquzuncu nəsil Volkswagen Passat universalının Avropada satışlarına 2024-cü ilin yazında başlanılmalıdır. Passat, ondan fərqli olaraq, həm sedan və universal kuzovu ilə təklif edilən ID.7 elektrokarı ilə paralel satılacaq.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh