"Volkswagen" yeni "Tiguan" modelinin maraqlı xüsusiyyəti barədə məlumat verib

Volkswagen üçüncü nəsil Tiguan krossoverinin təqdimatı ərəfəsində onun yeni xüsusiyyətlərindən birini nümayiş etdirən videoçarxı yayıb: əvvəllər transmissiyanın selektorunun quraşdırıldığı yerdə kiçik ekranlı fırlanan çoxfunksiyalı şayba peyda olub. Onun köməkliyi ilə hərəkət rejimlərini seçmək, multimedia sisteminin səsini tənzimləmək və daxili işıqlandırmanı dəyişmək mümkündür. Transmissiyaya isə, sağ tərəfindəki sükanalıtı dəstək cavabdehdir.
Hər bir tənizmləmə növünün özünəməxsus işıqlandırması var, şaybadakı ekranında isə vidcet göstərilir: məsələn, hərəkət rejimləri çəhrayı rənglə vurğulanır (dörd rejim var - Eco, Comfort, Individual və Sport), səs səviyyəsinə nəzarət isə, bənövşəyi rəngdədir. Ekrandakı barmaq izlərindən göründüyü kimi, şaybanın mərkəzi hissəsinə basmaqla gərək olan rejim seçilir.
Ümumiyyətlə, yeni Tiguan modelinin interyeri artıq tamamilə açıqlanıb. Nəsil dəyişikliyi ilə krossover 10,25 düymlük günəşliksiz cihazlar paneli, habelə multimedia sisteminin 12,9 və ya 15 düymlük sensorlu ekranını əldə edəcək (ölçü təchizatdan asılıdır).
Klimat kontrolun düymələri mərkəzi displeyin altına köçürülüb, pillələrin dəyişdirilməsinə isə sağ sükanaltı dəstək cavabdehdir. Salonun da daha tutumlu olub: arxa sərnişinlərin ayaq zonası və başı üzərində olan məkan genişlənririlib. Baqajın həcmi 615 litrdən 648 litrə qədər artırılıb.
Avropada üçüncü nəsil Volkswagen Tiguan krossoverinin 1,5 TSI və 2,0 TSI benzin mühərrikləri və 2,0-litrlik dizel mühərriki ilə təklif ediləcəyi məlumdur. Hibrid modifikasiyaların gücü, plagin hibridin isə mənzili artırılacaq - o, sırf elektrik ötürməsi ilə 120 kilometrə qədər məsafə qət edə biləcək.
Üçüncü nəsil Volkswagen Tiguan modelinin premyerası sentyabrda baş tutumalıdır. İlk krossoverlər isə gələn ilin birinci rübündə Avropadkı dilerlər salonlarında peyda olmalıdırlar.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










