Yeni "Kia Sportage"nin qiymətləri açıqlandı
Avtodünya
10 Avqust 2023 18:00

"Kia" ABŞ bazarı üçün 2024 "Kia Sportage" krossoverinin qiymətlərini və texniki xüsusiyyətlərini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, model 10 trim səviyyəsində təklif olunacaq. İlkin dəyəri 27 090 dollardan başlayacaq.
Yenilənmiş "Kia Sportage" 187 at gücünə malik 2,5 litrlik dörd silindrli mühərriklə təmin edilib. Krossoverin əsas avadanlığına təhlükəsizlik yastıqları, LED proyektor faralar, kruiz-kontrol, irəli toqquşma xəbərdarlığı sistemi, zolaq saxlama funksiyası və arxa park sensorları daxildir.
"Kia Sportage"in daha bahalı versiyalarında ön parkinq sensorları, arxa çarpaz toqquşmaların qarşısının alınması sistemi və təhlükəsiz çıxış xəbərdarlığı funksiyası var. Üst konfiqurasiyada olan avtomobilin qiyməti 37 890 dollardır.
Oxunub : 4066
DİGƏR XƏBƏRLƏR
5 Noyabr 2026 18:00
"BMW" Çində kütləvi ixtisarlara gedir
4 Noyabr 2026 12:41
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
3 Noyabr 2026 09:30
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
30 Oktyabr 2026 18:12
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
30 Oktyabr 2026 15:44
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
30 Oktyabr 2026 12:30
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
28 Oktyabr 2026 15:41
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
28 Oktyabr 2026 10:23
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
26 Oktyabr 2026 20:00
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
26 Oktyabr 2026 17:16
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
ŞƏRH YAZ












