Yeni nəsil "Volkswagen Tiguan" modelinin görünüşü üzərindəki sirr pərdəsi götürülüb

Krossover Sloveniyanın paytaxtı Lyublyana şəhərinin küçələrindən birində görünüb: şəhərdə reklam çarxının çəkilişləri keçirilib. Avtomanija TV YouTube kanalında kamuflyajsız avtomobilin təsvir olunduğu qısa videoçarx yayımlanıb – videoda avtomobilin ön hissəsini görmək olar. Əsas diqqət çəkən məqam ön fənərləri birləşdirən nazik LED zoladır. Bənzər işıqlanan element arxa tərəfdə də mövcuddur.
Casus videosundan göründüyü kimi, Tiguan modelinin eksteryerindəki dəyişikliklər inqilabi deyil və təkamül xarakteri daşıyır: krossoverin görünüşü digər Volkswagen modellərinə, xüsusən də ID xəttindən olan elektromobillərə uyğunlaşdırılıb. Tiguan bucaqlı formalarını itirib, prinsipcə yeni optika peyda olub, lakin ölçülər bir qədər dəyişib – təkər bazası və eni eyni qalsa da, əvvəllər bildirildiyi kimi, krossoverin uzunluğu və hündürlüyündə artım var.
Salon artıq tamamilə məxfilikdən çıxarılıb və burada yeniliklər çoxdur. Üçüncü nəsil Tiguan modeli günəşliyi olmayan 10,25 düymlük cihazlar panelinə və təchizat səviyyəsindən asılı olaraq, 12,9 və ya 15 düymlük sensorlu ekran ilə təchiz edilmiş multimedia sisteminə malikdir.
Klimat-kontrolun düymələri mərkəzi displeyin altına köçürülüb, ötürmələrin dəyişdirilməsinə isə, sağ sükanaltı dəstək cavabdehdir. Salon daha geniş olub: ikinci cərgədəki sərnişinlər ayaq zonasında və başları üzərində daha çox yer var. Baqaj bölməsinin həcmi 615 litrdən 648 litrə qədər artıb.
Mühərrik çeşidi də artıq sirr deyil. Avropa bazarında yeni Tiguan 1,5 TSI və 2,0 TSI benzin mühərrikləri və 2,0 TDI dizel mühərriki, həmçinin güclərinin artırılması vəd edilən hibrid aqreqatları alacaq. Sırf elektrik enerjisi ilə 120 kilometrə qədər məsafə qət edən qoşulan hibrid də olacaq. Lakin Tiguan krossoverinin üçüncü nəsli "bərkgedən" R-versiyasına malik olmayacaq.
Növbəti nəsil Volkswagen Tiguan modelinin təqdimatı sentyabrda keçiriləcək, satışların başlanması isə 2024-cü ilin birinci rübünə planlaşdırılıb.
autogtaph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












