Yeni "Toyota Land Cruiser Prado" yanacaq sərfiyyatı ilə təəccübləndirib

Yapon istehsalçısının ABŞ-dakı rəsmi saytında maraqlı bir cədvəl peyda olub. Cədvəldə Prado ofrouderinin hibrid versiyasının qarışıq rejimdə təxmin edilən yanacaq sərfiyyatı göstərilir: bir qalona 27 mil. Avropada işlənilən göstəricilərə çevirdikdə, Land Cruiser Prado modelinin 100 kilometrə 8,7 litr benzin sərf edəcəyi məlum olur. Səmərəliliyin sirri 8-pilləli avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki olan i-Force Max güc qurğusudur.
Toyota şirkətinin rəsmi saytındakı mesaj sadəcə səmərəlilik üzrə təlimatdır və müxtəlif şəraitdə yanacaq sərfiyyatı ilə bağlı real məlumatlar yeni Land Cruiser modelinin yerli EPA standartına əsasən aparılacaq sertifikatlaşdırılmasından sonra dərc ediləcək. Bildiriyimiz kimi, əksər hallarda avtomobil istehsalçıları özlərini sığortalayaraq, rəqəmləri bir qədər çox göstərirlər.
Əvvəlki Land Cruiser Prado ABŞ-da satılmayıb, V8 benzin mühərrikli Land Cruiser 200 modelinin bir qallonla 17 mil (100 kilometrə 13,8 litr) qət etdiyi məlumdur. Yeni ofrouder ən qənaətcil orta ölçülü model adına iddialı ola bilər, çünki Ford Bronco, Land Rover Defender 110 və hətta Jeep Wrangler 4xe daha “qarınquludurlar” və qarışıq rejimdə 100 kilometrə 11,7-13,8 litr benzin sərf edirlər.
Eyni zamanda, i-Force Max hibrid güc aqreqatı çox məhsuldardır: onun pik hasilatı 331 at qüvvəsi və 650 Nm təşkil edir. 2,4-litrlik “turbodördlüyə” əsaslanan oxşar sistem Toyota Tacoma pikapı üçün də bəyan edilib və o təkcə Jeep, Ford və Chevrolet markalarından olan çərçivəli rəqiblərindən deyil, həm də daşıyıcı kuzovlu yüngül Honda Ridgeline pikapından daha qənaətcil ola bilər.
autograph.az
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI
Rus “Toyota”sına maraq azdır
36 il əvvəlin “VAZ”ı – 6900 dollara satılır










