Yenilənmiş "Kia Sorento" modeli dizel mühərrikini qoruyub

Avtodünya 18 Avqust 2023 17:44 Oxunub 914
Yenilənmiş "Kia Sorento" modeli dizel mühərrikini qoruyub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyul ayında nümayiş etdirilmiş yenilənmiş Kia Sorento krossoverinin Cənubi Koreyada canlı təqdimat keçirilib və avtomobil barədə bütün təfərrüatlar açıqlanıb. Maraqlı bir detal: əgər Sorento ilə eyni platformanı bölüşən yeni nəsil Hyundai Santa Fe krossoveri yalnız benzin mühərrikləri ilə təchiz edilirsə, Kia krossoverinin mühərrik çeşidində turbodizel yerini qoruyub.

Ancaq bu sahədə dəyişikliklərin olmaması da müsbət hal sayıla bilər, çünki Sorento modelinin Koreya bazarı üçün nəzərdə tutulmuş mühərrik çeşidi dəyişməz olaraq qalır. Krossover əvvəlki kimi, 2,2-litrlik turbodizel (194 at qüvvəsi), 2,5-litrlik benzin turbomühərriki (281 at qüvvəsi), həmçinin tərkibinə 1,6-litrlik “turbodördlük” (180 at qüvvəsi) və elektrik mühərriki (60 at qüvvəsi) daxil olan hibrid güc qurğusu ilə təklif edilir.

Elektrik üstqurumu olmayan avtomobillərdə iki muftalı səkkiz pilləli “robot”, hibriddə isə, klassik altı pilləli “avtomat” quraşdırılır. Bütün versiyalarda ötürmə ön və ya hər iki oxa ola bilər. Digər bazarlarda mühərrik çeşidi fərqli ola bilər.

Əsas dəyişikliklər krossoverin "üzü" və interyerində baş verib. Sorento Kia Telluride ruhunda şaquli fənərləri olan ön hissəni əldə edib. Radiator barmaqlığı genişlənib, kapotun ön ucu uzadılıb, yeni ön bamper quraşdırılıb. Arxa tərəfdə elə də köklü dəyişiklik yoxdur: şaquli arxa işıqların bölmələri indi bəndlərlə birləşdirilib, bamper dəyişdirilib. Təkərlərin dizaynı da yenidən işlənib (17-dən 20 düymə qədər).

Sorento interyerinin təkamülü əksər müasir avtomobillərdə olduğu kimi eyni yolu keçib: indi sürücünün qarşısında ayrı-ayrı ekranların əvəzinə, hər birinin diaqonalı 12,3 düym olan iki displeyli özündə birləşdirən günəşliksiz panel quraşdırılıb. Əvvəllər cihazlar panelinin ölçüsü 12,3 düym, media sistemin isə maksimum 10,25 düym idi. Proyeksiya displeyi (10 düym), əvvəlki kimi, yalnız bahalı versiyaların imtiyazıdır.

Ekranları yerləşdirmək üçün ön panelin və havalandırma sisteminin deflektorlarının konfiqurasiyası yenidən tərtib edilib, yeni klimat-kontrol blokunda sensorlu düymələri və fırlanan düymələr var. Növbəti nəsil media sistemi ccNC adlanır, o, barmaq izi vasitəsilə müxtəlif sürücüləri tanıya bilir, havadan yeniləmə funksiyasına malikdir, həmçinin “rəqəmsal açarı” dəstəkləyir: smartfon vasitəsi ilə avtomobilin kilidini aça və mühərriki işə salmaq olar.

Yeni, daha rahat ön oturacaqlar peyda olub, yeni opsiyalara gəldiksə isə, arxa görüntü kamerasının görüntülərini əks etdirək bütöv ekranı quraşdırılmış salon güzgüsü və görüntüləri SD-karta yazan iki videoregistrator (ön və arxa) peyda olub. Elektron köməkçilər kompleksinə əlavə olaraq yan tərəfdən əsən küləyi kompensasiya edən sistemidir.

Yenilənmiş Kia Sorento krossoverlərinin Cənubi Koreyadakı satışlarına artıq başlanılıb. Yerli qiymətlər nəzərəçarpacaq dərəcədə artmalıdır: əgər restaylinqdən əvvəlki modelin qiyməti indi 22 500 dollardan başlayırsa, yenilənmiş model ən azı 26 000 dollara başa gələcək. Digər ölkələrə ixracata tədricən  başlamaq planlaşdırılır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh