Avtobus sürcüsü "mütaliə" edir - Sükanı kim tutacaq? - VİDEO

Demək olar ki, hər gün avtobus sürücülərinin “bu qədər də olmaz” dedirdəcək hərəkətlərinin şahidi oluruq. Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, daha bir hadisə Türkiyənin Qaziantəp şəhərində qeydə alınıb. Avtobus sürərkən qəzet oxuyan sürücü məsuliyyətsizliyi ilə hər kəsin həyatını təhlükə altına alıb. Sürücü avtobusu idarə edə-edə əlindəki qəzeti oxumağa başlayır. Bir gözü yolda, bir gözü qəzetdə olan sürücünün etdikləri avtobusda olan sərnişinlərdən biri tərəfindən anbaan lentə alınıb. Hətta sürücünün avtobusda olan digər sərnişinlərin etirazına belə məhəl qoymadığı deyilir. Izləyicilərin böyük təəccübünə səbəb olan görüntülər sosial mediada da qınaq obyekti olub. Görüntülər izləyicilər arasında heç də birmənalı qarşılanmayıb. Çoxları bu olayı gülüşlə qarşılasa da, sürücünün bu addımını tənqid edərək sərnişinlərin həyatını təhlükəyə atdığı üçün müvafiq qurumların tədbir görməsini istəyənlər də az deyil.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











