Bakıda bir dəqiqədə iki qəzadan VİDEO

Bakıda bir dəqiqədə iki yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan yol qəzasının birini avtobus törədib. Digərində isə bir-birinin yoluna çıxan iki minik maşını toqquşub.
Videodan görünür ki, iki minik maşını toqquşub və onlardan biri səkinin üzərinə çıxıb. Daha sonra isə 53 saylı marşrut avtobusu ağ rəngli «Hyundai» markalı avtomobili arxadan vurur.
Əslində, burada avtobus sürücüsünü o qədər də günahlandırmaq doğru olmazdı. Çünki «Hyundai»ın sürücüsü yolun ortasında qəfil dayanaraq geriyə hərəkət etməyə başlayır. Düzdür, avtobus sürücüsü qəzadan yayına bilərdi. Lakin görünür, minik avtomobilinin sürücüsü arxaya sürətlə hərəkət etdiyi üçün toqquşmadan yayına bilmədi. Bu azmış kimi, «Hyundai»ın sürücüsünün maşından düşüb avtobus sürücüsünün üstünə cumub onu borclu çıxarması maraq doğurur…
Avtosfer.az həmin qəzaların videosunu təqdim edir.
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











