Bakıda diskotekadan qızla çıxan sürücü görün nələr etdi - VİDEO

Azərbaycanda yol qəzalarının qarşısının alınmasında təbliğatın gücləndirilməsi olduqca önəmlidir. Bu proses bütün dünyada gedir və müəyyən nəticələr də əldə olunub. Artıq ölkəmizdə ictimai təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə dair müəyyən addımlar atmağa başlayıblar. Bunlardan biri də «Yol terroruna son» layihəsidir. İsmayıl İsmayılın rəhbərlik etdiyi layihə Prezident yanında Gənclər Fondunun elan etdiyi müsabiqədə qalib gəlib. Layihə çərçivəsində üç vidoçarx hazırlanıb. Onlardan biri də sərxoş vəziyyətdə avtomobil idarə edənlərə və sürət həddini aşanlara həsr olunub. Videoçarxda diskotekada əylənən sürücünün sərxoş vəziyyətdə sükan arxasına əyləşməsi, yolda isə sürəti aşaraq başqa bir maşınla yarışa çıxması və bunun nəticəsində də yol qəzasının baş verməsi əksini tapıb. Bütün bunlar müəyyən mənada reallığı da əks etdirir. Çünki bu gün gənclər arasında sərxoş halda avtomobil idarə edənlər, sürət həddini aşanlar çoxluq təşkil edir. Gənclər Fondunun bu cür layihələrə dəstək verməsi təqdirəlayiqdir. Sosial çarxın rejissoru Elvin Abdullayevdir.
Avtosfer.az layihə çərçivəsində çəkilmiş videoçarxlardan birini təqdim ndir. Digərlərini də təqdim edəcəyik.
Emin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO













