Bakıda günü 200 manata olan maşınlar - VİDEO

"Rent a Car" yəni, avtomobil icarə xidməti xarici ölkələrdə geniş şəkildə yayılmasına baxmayaraq Azərbaycanda yeni bir sahədir. Avtosfer.az-ın ans-ə istinadən məlumatına görə, kirayə maşınlar xidməti çərçivəsində avtomobillər ticarət, biznes, turizm, şəxsi və s.məqsədlərlə bağlı götürülə bilər. Qiymətlər isə marka və icarə müddətinə görə dəyişir. Məsələn, 2007-ci ilin buraxılışı olan "Volkswagen Touareg"in 1 günlük icarəsi 150, həftəlik qiyməti 910 manatdır. 2010-cu il buraxılışı "Toyota Prado" avtomobilini icarəyə götürməyi planlaşdıranlar isə 1 gün üçün 120, həftəlik 700, aylıq 1500 manat xərcləməli olacaqlar. Ekonom klass sinfinə daxil olan avtomobillər ayağını yorğanına görə, uzatmağı sevənlər üçün münasib sayılır. Belə ki, 60-70 manat xərcləməklə 1 günlük icarənin keyfini çıxartmaq mümkündür.
Bu işlə məşğul olan şirkətlərin əksəriyyəti müştəri cəlb etmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Belə ki, onlar xüsusi endirim və bonuslar təklif etməklə kirayə bazarında rəqabətə tab gətirməyə çalışırlar.
Şirkət nümayəndəsi Yaşar Əsgərov bu sahədə güclü rəqabətin olduğunu, qiymətlərin orta hesabla 200- 400 arası dəyişdiyini deyir.
Şərtlərə əsasən, əksər şirkətlərdə 25 yaşından aşağı olmayan və ən azı 1 il avtomobil nəqliyyat vasitəsini idarə etmə təcrübəsi olan Azərbaycan Respublikasının və ya xarici dövlətin istənilən vətəndaşına kirayə maşın verilə bilər. Bu zaman həmin şəxsə ya vəkalətnamə, ya da yol vərəqəsi verilir. Bu sənədlər də avtonəqliyyat vasitəsinin həmin adama etibar edildiyini təsdiqləyir.
Hüquqşünas Gülnar Nəzərlinin sözlərinə görə, maşın icarəyə götürən şəxslər qanunu pozarsa, yəni, işıqforun qırmızı işığında keçərsə, avtomobili qadağan olunan yerdə saxlayarsa, onda həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən cərimələnəcəklər. Bu maddəyə əsasən inzibati xətanı törədən şəxs inzibati məsuliyyətə cəlb olunur.
Bəzən icarədar əvvəlcədən sığorta haqqı ödəsə də qəza baş verdiyi halda müəyyən problemlər ortaya çıxır. Görəsən məsələnin sığorta baxımından tənzimlənməsi hansı prosedurlara əsaslanır?
Ekspert Ramin Məmmədov bildirdi ki, yol-nəqliyyatı hadisəsi nəticəsində mülki məsuliyyət yaranarsa bu sığorta qaydalarında nəzərdə tutula bilər. Amma hadisələrlə bağlı yaranan digər cərimələr isə sürücü tərəfindən ödənilməlidir.
Araşdırmalar göstərdi ki, müştərilərin əksəriyyəti avtomobilləri daha çox toy, nişan və digər mərasimlər üçün icarəyə götürür. Bəziləri isə ucuz maşını olsa da, sadəcə olaraq dəb xatirinə bahalı maşınlar kirayələyirlər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











