Bakıda iki dəhşətli qəza; biri avtobusa, digəri divara girdi – YENİ VİDEO

Bakıda baş vermiş daha iki qəzada sürücülərin kobud qayda pozuntusuna yol verdiyi aydın görünür. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən əldə etdiyi bu videodan məlum olur ki, birinci qəza hadisəsi Binəqədi rayonu, Azadlıq prospektində baş verib. «Mersedes» markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işarəsinə məhəl qoymadan hərəkəti davam etdirir. Bu zaman sağdan hərəkətə başlayan «Renault» markalı avtomobilə çırpılan «Mersedes» daha sonra avtobusla toqquşur.
Göründüyü kimi, burada avtobus və «Renault» eyni vaxtda hərəkətə başlayır. Deməli, onlar svetoforun yaşıl işığında şərəkət edirlər. Lakin «Mersedes»in sürücüsü qırmızı işıqda «uçmaq» istəyirdi…
Digər qəza hadisəsi də Bakıda qeydə alınıb. Minik avtomobili yolayrıcında sürətlə səkiyə, daha sonra isə səkinin kənarında dəmir dirəklərə, ardınca da divara çırpılır. Çox güman ki, həmin avtomobilin sürücüsü sağ zolaqdan sola dönmə əməliyyatı aparmaq istəyərkən sürətlə hərəkət edib. Lakin istiqaməti düzgün seçə bilmədiyi üçün ağır qəzaya düşdü.
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











