Bakıda ilginc olay; qəzadan yayınıb qəzaya düşdü – VİDEO

Bu hadisə Bakının Rəşid Behbudov küçəsində baş verib. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın başvermə səbəbi də göz qabağındadır. Əslində, «Wolksvagen-Passt CC» markalı avtomobil öz yolu ilə hərəkət edərkən qəza şəraitinə düşür. Sürücü avtomobili sola qaçırıb qəzadan yayınmaq istədikdə başqa formada qəzaya düşür.
Göründüyü kimi, Rəşid Behbudov küçəsi nəqliyyatın intensiv hərəkət etdiyi bir yerdir. «Prado» markalı avtomobil qəflətən yolun sağından soluna təhlükəli manevr edir. Yəni, Rəşid Behbudov küçəsini kəsib keçməyə çalışır. Bu zaman «Passat»ın yoluna çıxır. Sürətlə hərəkət edən «Passat»ın sürücüsü «Prado» ilə toqquşmamaq üçün avtomobili sola çəkərkən səkiyə və işıq dirəyinə çırpılır. «Prado» yolu keçir və orada dayanır. Görünür, sürücü günahını başa düşüb. Qəzaya məhz o səbəb oldu…
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











