Reklam

Bakının nişansız yolları - VİDEO

Avtoreyd 19 Noyabr 2014 16:29 Oxunub 2115
Bakının nişansız yolları - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtın bəzi ərazilərində yollarda məlumat lövhələri yoxdur

Paytaxtın bəzi ərazilərində yollarda məlumat lövhələri yoxdur. ANS-in məlumatına görə, paytaxtın bir tərəfindən digərinə maşınla getmək üçün saatlarla vaxt lazımdır. Əlbəttə ki, bu şəhəri yaxşı tanıyanlara şamil olunur. Bəs onda tanımayanlar neyləsin? Belə sürücülər yollardakı məlumat lövhələrindən istifadə edərək vəziyyətdən çıxa bilərlər. Amma təəssüf ki, paytaxtın müxtəlif yerlərində, xüsusilə də bəzi qəsəbə yollarında belə lövhələr yoxdur. Masazırdan Mehdiabad istiqamətində heç bir məlumat lövhəsinə rast gəlinmir. Əlbəttə ki, siyahı təkcə bununla bitmir. Həmin Mehdiabad qəsəbəsindən Binəqədi və Balaxanı istiqamətində hərəkət edən Bakını tanımayan sürücü heç kimdən yolu soruşmasa, yalnız 6-cı hissinin köməyilə getdiyi yeri tapa bilər. Əlbəttə ki, bu hal heç bir avtomobil sahibinin ürəyincə ola bilməz. 

Bildiyimiz kimi, 4 yolla paytaxtın müxtəlif ərazilərinə getmək olar. Bu isə o deməkdir ki, əgər sürücü dönməli olduğu halda düz getdisə o, Xırdalan əvəzinə Rəsulzadə qəsəbəsinə gedəcək. Həmin yolun iritonnajlı maşınların dırnaqarası köməyilə bərbad hala düşməsini nəzərə alsaq, avtomobil sahibi yanacaq sərfiyyatından başqa maşının təmirinə də müəyyən qədər pul ayırmalı olacaq. Əlbəttə ki, Bakıda belə yerlərin sayı elə də az deyil. 

Məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Pünhan Mürsəliyev bildirdi ki, məlumat lövhələri yeni salınan və yenidən qurulan yollarda əsas işlər bitəndən sonra quraşdırılır. Köhnə yollarda isə bu məsələyə onlar təmir olunandan sonra baxılacaq. 

Bu isə o deməkdir ki, Bakını yaxşı tanımayan sürücülər məlumat lövhələri olmayan yolların yenidənqurma işlərini gözləməklə yanaşı, vəziyyətdən çıxmaq üçün məlumatı ya ətrafdakılardan əldə etməlidir, ya da avtomobil üçün naviqator almalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh