Belə «ağıllı və istedadlı sürücü» görmüsünüz? – Qəzadan VİDEO

Bu videodakı qəzanın səbəbkarı olan avtomobili idarə edən şəxsi «sürücü» adlandırmağa çətinlik çəksək də, təəssüflər olsun ki, onun kimiləri yollarımızda çoxdur. Avtosfer.az-ın təqdim etdiyi növbəti qəza videosunun «qəhrəmanı» kobud qayda pozuntusu törətməsi bir yana, hərəkət edərkən, başqasının yoluna çıxarkən heç sağa-sola da baxmır. Sanki belə də olmalıdır və bunun əvəzinə kimsə sağa-sola baxacaq ki, bu rahat hərəkət etsin…
Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza Yasamal rayonunu, Hüseyn Cavid prospektində baş verib. Texniki Universitetin qarşısı ilə hərəkət edərək Hüseyn Cavid prospektinə çıxan «Hyundai-ix35» markalı avtomobilin sürücüsü ilk qayda pozuntusunu o zaman törədir ki, prospektə çıxarkən qarşıdakı nəqliyyat vasitələri gözlədiyi halda o, qarşı yola çıxaraq onları ötüb keçir. H.Cavid prospektində sıxlıq olduğunu gördükdə isə maşınların arası ilə sürətlə hərəkət edərək qoşa xəttin tələbini pozur və əks yola çıxır. Bu zaman sağa-sola baxmayan sürücü qarşı yolda hərəkət edən nəqliyyat vasitəsini görmür və onun yoluna çıxaraq toqquşur. Gerisi göz qabağındadır.
Belə məsuliyyətsiz sürücülərin cubatından hər gün bir neçə qəza baş verir. Belələri güman edir ki, hamı onlara yol verməlidir və hamı dayanıb onların keçib getməsini gözləməlidir.
Həmin hadisənin videosunu təqdim edirik:
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











