Bu maşın qəza törədib qaçıb – GÖRƏNLƏRDƏN KÖMƏK İSTƏYİRLƏR - VİDEO

Noyabrın 2-də, saat 19:14 radələrində Bakıda qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb. Bu barədə Avtosfer.az-a zərərçəkən özü məlumat verib. Adının çəkilməsini istəməyən sürücü bildirir ki, aeoroport yolu ilə üzü şəhər istiqamətində gələrkən yeni inşa olunan olimpiya stadionunun yanında «BMW-X-5» markalı avtomobil qəflətən onun yoluna çıxıb və qəza baş verib. Bunun ardınca isə həmin avtomobilin sürücüsü hadisə yerindən qaçıb: «Videonu ona görə göndərdim ki, bu maşın qəzaya səbəb olaraq hadisə yerindən qaçıb. Bəlkə sahibi görüb peşman olub ortaya çıxar. Mənim avtomobilim «Hyundai» - iX-35-dir. Qəflətən yoluma çıxdı. Sağdan sola təhlükəli manevr etdi. Amma dərhal da qaçdı. Hadisə yerinə yol polisi əməkdaşları gəldi. Qəzaya səbəb olan maşın qaçdığı üçün mənə heç bir sənəd vermədən Yol Polisi İdarəsinə dəvət ediblər».
Əziz oxucular! Aranızda videoda gördüyünüz «BMW-X-5» markalı avtomobilin dövlət nömrə nişanını görən, bilən varsa, Avtosfer.az saytına yazmanız və ya Baş Dövlət Yol Polisi İdarəsinin 902 xidmətinə zəng edib məlumat verməyiniz xahiş olunur. Hadisənin dəqiq tarixi, saatı videoda da qeyd olunub.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











