Ermənistana məcburən aparılan azərbaycanlı sərnişin danışdı - VİDEO

"İrəvan aeroportunda Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları bizi təyyarədən məcburən endirərək gözləmə zalına apardılar". Avtosfer.az-ın məlumatına görə, bu sözləri İrəvanda məcburi eniş edən Ukrayna Hava Yollarına məxsus təyyarədə olan 25 azərbaycanlıdan biri, Kiyev Milli Aviasiya Universitetinin tələbəsi, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvü Səfərəli Babayev Diaspora TV-ə müsahibəsində deyib. O, Ermənistanda azərbaycanlıların başına gələnlərdən danışıb. "Məcburi enişə səbəb təyyarədə yaranmış nasazlıq olub. İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təyyarədən məcburən endirilərək gözləmə zalına aparıldılar. Burada azərbaycanlılara pasportlarına sərhəd keçid məntəqəsində möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olundu. Azərbaycanlıların təkidindən sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görüldü. Uzun müddət aradan sonra təyyarə ilə Tiflisə yola salındıq".
Qeyd edək ki, uzun müddət gözləyən azərbaycanlı tələbələr ermənilərdən adi su belə almayıblar.
Xatırladaq ki, ötən gün Ukrayna Hava Yollarına məxsus göyərtəsində 25 azərbaycanlının da olduğu Kiyev-Tiflis reysini həyata keçirən təyyarə Irəvanda məcburi eniş etmişdi. Müsahibəni tam formada videoda izləyə bilərsiniz.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











