Heç nədən qəza törədən bu sürücülərə ad tapmadıq - VİDEO

Avtosfer.az Bakıda baş vermiş daha iki yol qəzasının videosunu təqdim edir. Hər iki qəza videosu Daxili İşlər Nazirliyinin «Tühləkəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarında qeydə alınıb.
Videoda qeydə alınan birinci qəza kifayət qədər qarışıq bir şəraitdə baş verir. Videokadrlarda nə svetofor, nə də hər hansı nişanlar görünür. Ona görə də bu yolayırıcında nə baş verdiyini anlamaq çətindir. Bununla belə, aydınca görünür ki, qəzaya düşən hər iki sürücü hərəkət şəraitinə lazımınca nəzarət etmirlər. Qırmızı avtomobilin sürücüsü belə qarışıq bir yolayrıcında heç nə olmamış kimi şütüyür. Digər avtomobilin sürücüsü isə yol şəraitinə nəzarət etmir. Nəticədə belə bir hadisə baş verir. Burada hansı sürücünün təqsirli olduğunu yalnız yolayrıcındakı svetoforun, svetofor işləmirsə (yoxdursa), yol nişanlarının tələbinə əsasən söyləmək olar. Həmin tənzimləmə vasitələri də görünmür.
İkinci qəzada isə hər şey aydındır. Təqsirkar ağ rəngli «VAZ»-ın sürücüsüdür. O, sol zolağa yerdəyişmə etmək istəyir, bu zaman yerdəyişmə etmək istədiyi zolaqda taksi var, qabağında isə «Hyundai». «VAZ»-ın sürücüsü öz avtomobilini birtəhər ora pərçimləməklə sol zolağa keçmək istəyir, özü də bu zaman ara məsafəsini kobud şəkildə pozur və sürətini artıraraq vəziyyətdən çıxmağa çalışır. Lakin qabaqdakı maşının arxasına toxunur və onu itələyərək özündən qabaqdakı üçüncü maşına dəyməsinə səbəb olur.
Bu hadisə yollarımızda geniş yayılmış sürücü mədəniyyətsizliyinin və hətta deyərdim ki, təfəkkürsüzlüyün aşkar göstəricisidir. Kadrda göründüyü kimi, bəzi sürücülər öz burunlarının yerləşdiyi yerə maşınlarını soxmaq istəyirlər. Nəticədə belə qəzalar qaçılmaz olur.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












