Maşın piyadanın, piyada da onun yolunu kəsdi - VİDEO

Xarici ölkələrin birində baş vermiş bu olay sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sürücü mədəniyyətindən xəbərsiz olanlar üçün bu video yerinə düşər. Avtosfer.az-ın məlumatına görə, videoda svetoforun qırmızı işığında dayanıb gözləyərkən piyada keçidinin – zebranın üstünə çıxan maşınların piyadalara problem yaratdığı əks olunur. Bunu görən gənc piyada gedib bir-bir həmin maşınların qarşısında dayanır və bununla da həmin sürücülərə etirazını bildirir. Daha dəqiq desək, onlara mədəniyyət dərsi keçir.
Göründüyü kimi, maşınların qarşısını kəsən piyada onları ən azı bir dəqiqə gözlədir və svetoforun ikinci qırmızı işığı yananda yoldan çəkilir. Maraqlıdır ki, sürücülər də səhvlərini boynuna alaraq kobudluq göstərmirlər. Yəqin ki, belə bir piyada Bakıda hansısa maşının qarşısını kəsib ona mədəniyyət dərsi keçsəydi, ən yaxşı halda onu döyüb kənara atmışdılar. Amma bu videonu bizim bəzi sürücülərə hər gün, hər saat göstərməyə çox böyük və ciddi ehtiyac var.
Səmimi şəkildə demək olar ki, bəzi sürücülərimiz svetoforda dayanarkən zebranın üstünə çıxmağın qayda pozuntusu olduğunu və piyadalara problem yaratdığını dərk etmirlər. Çoxunun heç bundan xəbəri də yoxdur. Bəziləri də «bir addım öndə» prinsipi ilə həmişə özünü başqalarından fərqləndirməyə çalışır. Beləliri, sanki demək istəyir ki, «mən hər adamla eyni sırada dura bilmərəm, mənə yaraşmaz». Amma heç şübhəsiz ki, belələrinə zebradan keçə bilməyən piyadaların yağlı söyüşləri çox yaxşı yaraşar və yaraşır da…
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











