Sərxoş sürücünün axırı belə olur – DYP-dən təsirli VİDEO
Ailə üzvləri ilə qonaq gedən sürücü heç nəyə əhəmiyyət vermədən spirtli içki qəbul edir. Oğlunun və həyat yoldaşının iradına baxmayaraq sürücü maşını sərxoş halda idarə etməkdən çəkinmiş. Nəticədə isə ağır yol qəzası baş verir və ailənin bütün üzvləri xəstəxanalıq olur.
Avtosfer.az-ın məlumatına görə, bütün bunlar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BYDPİ) sərxoş sürücülərə qarşı mübarizəsinə həsr olunmuş sosial çarxda əksini tapıb. Çarxın əsas mahiyyəti bundan ibarətdir ki, sərxoş sürücü ilk növbədə özünü və ətrafdakıları düşünməlidir. Belələrinə qarşı yaxınları, ailə üzvləri də mübarizə aparmalıdır.
DYP bu çarxa maraqlı şüar da seçib; nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir.
Gəlin, bu təhlükəyə qarşı birlikdə mübarizə aparaq. Bunun üçün isə hər bir sürücü ilk növbədə özündən başlamalıdır.
Avtosfer.az DYP-nin həmin videosunu təqdim edir.
Elməddin