Üç maşın bir kişini öldürə bilmədi - VİDEO

Üç dəfə maşın vurdu, sağ qaldı. Qəribə olay Çinin Cianqsu vilayətində baş verib. Avtomobillə dolu yolda 3 fərqli nəqliyyat vasitəsi tərəfindən vurulan adam ölümdən müxtəlif dərəcəli xəsarətlərlə dönüb. Müşahidə kamerasından lentə alınan görüntülərdə orta yaşlı bir sakinin yolu keçməyə çalışdığı öz əksini tapır. Bu vaxt bir avtomobil onu vurur və çinli yerə yıxılır. Bir neçə saniyə ərzində o ikinci avtomobilin altında qalır. Lakin bu da son olmur. Ətrafdakılar yerdə qıvrılan adamın köməyinə qaçır. Sağ qalan çinli ayağa qalxmaq istəyən vaxt 3-cü avtomobilin sürücüsü qəfil əyləci sıxır. Arxadakı maşının sürücüsü bunu gözləmədiyindən öndəki maşına çırpılıb və həmin maşın da yerdəki şanssız adamın üstündən keçib.
Xəstəxanaya çatdırılan çinlinin həyati təhlükəsinin olmadığı üzə çıxıb. Çin mediyasını məlumatına görə, Li adlı şəxsin ən böyük problemi onun əqli durumundadır. Onun ruhi xəstə olduğunu deyən şəhər sakinləri hadisə baş verməzdən qabaq Linin yolun kənarında ot qırıb yediyinə diqqət çəkib. 3 qəzada bir ayağı, 6 qabırğası sınan Linin səhhətinin yaxşılaşdığı bildirilir. ATVxəbər
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











